1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


İmişli “ASAN xidmət”də Beynəlxalq Könüllülər Günü ilə əlaqədar silsilə tədbirlər təşkil olunub
02.12.2021

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN Könüllülük” Məktəbi tərəfindən 5 dekabr – Beynəlxalq Könüllülər Günü ərəfəsində İmişli regional “ASAN xidmət” mərkəzində silsilə tədbirlər təşkil olunub.

Tədbirlərdə  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, İmişli Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini  Səfa Ağayev, “ASAN Könüllülük” Məktəbinin rəhbəri Cahangir Hacıyev və digər qonaqlar iştirak ediblər.

Öncə İmişli rayonundakı Şəhidlər xiyabanı ziyarət olunub, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsi yad edilib.

Sonra  “ASAN Könüllülük” Məktəbinin İnnovativ Diskussiya Platforması çərçivəsində ASAN könüllüləri, həmçinin Vətən müharibəsi iştirakçıları ilə görüş və ağacəkmə aksiyası keçirilib.  

Vətən müharibəsi iştirakçısı olmuş məzun ASAN könüllülərinə Dövlət Agentliyinin sədrinin imzası ilə fəxri diplomlar təqdim edilib.

Sonra  “Yaşıl ASAN” proqramının “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində reallaşdırılan “Yaşıl Dağ” sosial aksiyasına start verilib. Aksiyanın məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır. Bu çərçivədə toplanmış kağız tullantılarının müqabilində əldə olunmuş vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların  və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılmış “YAŞAT” Fonduna ianə ediləcək.

"Azərsun Holdinq" MMC-nin dəstəyi ilə gerçəkləşən “Hər kağızı bir yarpağa dəyişək” layihəsinə 2014-cü ildən start verilib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment