1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


ABA və “Visa İnc.” beynəlxalq kart təşkilatının rəhbərliyi arasında görüş keçirilmişdir
01.12.2021

24 noyabr 2021-ci il tarixində “Visa İnc.” beynəlxalq kart təşkilatı və Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi arasında görüş baş tutmuşdur.  Görüşdə “Visa İnc” şirkətinin regional direktoru Kristina Doros, ABA-nın prezidenti Zakir Nuriyev, icraçı direktoru Yunus Abdulov və digər nümayəndələr iştirak etmişdir. 

Görüş zamanı Zakir Nuriyev ABA və Visa arasındakı əməkdaşlığı yüksək qiymətləndirərək Visa təşkilatının rəqəmsal ödənişlərin inkişafı, bazara yeni innovativ ödəniş həllərinin daxil olması ilə əlaqədar göstərdiyi səylərə eləcə də  iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı görülən işlərə verdikləri dəstəyə görə təşəkkürünü bildirmişdir. Bununla yanaşı ABA tərəfindən maliyyə-bank sektoruna aid çoxsaylı tədbirlərin  keçirilməsində Visanın yaxından iştirak etdiyini  və bundan sonra da xüsusilə bank xidmətlərinin  təhlükəsizliyi ilə əlaqədar tədbirlərin davam etdirilməsinin zəruri olduğunu demişdir. O, həmçinin ABA-nın nəzdində fəaliyyət göstərən "Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert qrupu”nun fəaliyyətində verdikləri dəstəyi xüsusi vurğulamışdır. 

Zakir Nuriyev bankların hazırda prioritet vəzifəsi olaraq işğaldan azad olmuş Azərbaycan ərazisində innovativ maliyyə-bank xidmətlərinin yaradılması istiqamətində müvafiq işlər aparıldığını və strateji planların müəyyən edildiyini bildirmiş və bütün maliyyə-bank sektoru ilə əlaqədar təşkilatların maliyyə-bank infrastrukturunun qurulmasında fəal iştirakının təmin olunacağını qeyd etmişdir. 

Kristina Doros isə öz növbəsində ABA ilə əməkdaşlığı yüksək qiymətləndirmiş və Visa təşkilatının iqtisadiyyatın nağdsızlaşdırılması istiqamətində görülən təşəbbüslərə bundan sonra da dəstək verməyə hazır olduğunu bildirmişdir. Həmçinin, ABA tərəfindən hər il keçirilən beynəlxalq tədbirlərdə tərəfdaş olmağa hazır olduqlarını və əlaqədar mövzularda  xüsusilə də rəqəmsal bank xidmətlərində təhlükəsizlik məsələlərinin əhəmiyətini  nəzərə alaraq ABA ilə birgə bu istiqamətdə də seminar və vebinarların təşkilinə davam edəcəklərini qeyd etmişdir. 

"Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert qrupu”nun ölkədə rəqəmsal ödənişlərin, innovativ ödəniş həllərinin müzakirə edildiyi mötəbər platforma olduğunu bildirərək qrupun fəaliyyətində bundan sonra da yaxından iştirakına və banklar tərəfindən Azərbaycan ərazisində maliyyə-bank infrastrukturunun inkişafı istiqamətində görülən işlərə, innovativ rəqəmsal ödəniş həllərinin tətbiqinə dəstək verəcəklərini bildirmişdir. 

Xatırladaq ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment