1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank Qarabağın dirçəlişinə dəstək olur
30.11.2021

Ölkənin məsuliyyətli korporativ vətəndaşı kimi AccessBank Azərbaycanın ərazi bütövlüyünün bərpası və Qarabağın dirçəlişinə dəstək olur. 

AccessBank hələ Vətən müharibəsinin ilk günlərində Azərbaycanın bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə zərər çəkmiş şəxslərə yardım məqsədilə 200 min manat vəsait ayırdı. Bu vəsait hərbi hospitallara və cəbhəyani ərazilərdə yaralılara ilkin yardım göstərmək üçün dərman və tibbi ləvazimataların alınmasına xərcləndi. Vəsaitin bir hissəsinə isə hərbçilərin ilkin ehtiyaclarını ödəmələri üçün mallar alındı.

AccessBank müharibədən zərərçəkmiş mülki şəxslərə də humanitar yardım göstərdi. Bank tərəfindən zərərçəkmiş Bərdə və Ağcabədi sakinlərinə gündəlik tələbatlarını ödəmək üçün adyal, kiçik məişət texnikaları və birdəfəlik qab-qacaq göndərildi. 

44 günlük müharibə başa çatdıqdan sonra da AccessBank-ın əməkdaşları bu istiqamətdə - bu dəfə müharibənin nəticələrinin aradan qaldırılması və Qarabağın bərpası üçün fəaliyyətlərini davam etdirdilər. Bank tərəfindən unikal tibbi avadanlıqlar alınaraq İdman və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası nəznində İdman və Reabilitasiya Mərkəzinə təhvil verildi,  onların köməyi ilə əsgər və zabitlər əməliyyatlardan sonra reabilitasiyada keçərək ayağa qalxdılar. 

Vətən müharibəsinin ildönümündə isə AccessBank Qarabağ Dirçəliş Fonduna 100 min manat ianə etdi. Lakin bankın bu istiqamətdə fəaliyyəti bununla bitmir. AccessBank mikro sahibkarlarla, xüsusilə də kənd təsərrüfatı sektorunda işləyənlərlə uzun illərin əməkdaşlığını, eləcə də ölkənin qərb bölgələrində filiallarının olmasını nəzərə alaraq, Qarabağda biznes fəaliyyətinin bərpasında sahibkarlarla fəal əməkdaşlıq etmək niyyətindədir. 

“Bankımızın kollektivi 44 günlük kampaniyada xalqın yanında oldu. Həmkarlarımızı cəbhəyə necə yola saldığımızı və onların qayıtmasını səbirsizliklə gözlədiyimizi indi də xatırlayıram. Təəssüf ki, hamısı geri dönmədi... Allah dünyasını dəyişənlərin ruhunu şad eləsin! Əminəm ki, işğaldan azad edilmiş rayonların sakinləri tezliklə evlərinə, normal həyatlarına qayıdacaqlar. İyirmi ildir ki, Azərbaycanda mikrokreditləşmə ilə məşğul olan və bu sahədə lider mövqeyə malik AccessBank üçün ölkənin regionlarında sahibkarlara və ailə biznesinə dəstək çox vacibdir. İşğaldan azad edilmiş rayonlarda sahibkarların, o cümlədən kənd təsərrüfatının dəstəklənməsi işi bankımızın sosial missiyasının mühüm tərkib hissəsinə çevrilir” deyə AccessBank-ın İdarə Heyətinin sədrinin vmie Yevgeniya Qaşikulina bildirib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment