|
|
|
Fond birjası | | | Bakı Fond Birjasında "AzFinance İnvestisiya Şirkəti" QSC -nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir |
30.11.2021 | |
| |
30 noyabr 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AzFinance İnvestisiya Şirkəti" QSC -nin ümumi dəyəri 1,000,000 (bir milyon) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
Ticarət tarixi hərracdan 2 gün əvvəl emitent tərəfindən bildiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” bölməsindən əldə edə bilərsiniz. İstiqrazlarla bağlı məlumatlar aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN
|
İstiqrazların növü və forması
|
İstiqrazların sayı
|
Nominal Dəyəri
|
Ticarətə buraxlma tarixi
|
Tədavül müddəti
|
AZ2002019712
|
Diskontlu, təminatsız, sənədsiz adlı istiqrazlar
|
1,000
(ədəd)
|
1,000 manat
|
Emitent tərəfindən bildiriləcək
|
3 təqvim ili
|
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.
|
|
|
|