1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Qırğızıstanın Azərbaycandakı səfiri: “ASAN xidmət” konsepsiyası unikal bir modeldir
29.11.2021

26 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə Qırğızıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə vəsəlahiyyətli səfiri Kayrat Osmonaliyev arasında görüş keçirilib.

Qonağı salamlayan Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət”in yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Görüş zamanı qonağa, həmçinin Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri,  elektron hökumətin inkişafı, sosial innovasiyalar sahələrində həyata keçirilən işlər, "ABAD" publik hüquqi şəxsin nailiyyətləri barədə ətraflı məlumat verilib.

Bildirilib ki, bu günədək 48 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. “ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi qonaqların diqqətinə çatdırılıb.

“ASAN xidmət”  konsepsiyasının unikal bir model olduğunu qeyd edən səfir bu təcrübənin Qırğızıstanda tətbiqində maraqlı olduqlarını və bu istiqamətdə Dövlət Agentliyi ilə Qırğızıstan Respublikaslnın müvafiq dövlət orqanları ilə gələcək əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Həmçinin səfir Dövlət Agentliyi tərəfindən təşkil olunan beynəlxalq təlimlərlə də maraq göstərib və gələcəkdə Qırğızıstan Respublikasının dövlət qulluqçularının bu təlimlərə cəlb edilməsi üçün çalışacağını bildirib.

Sonda qonağa “ABAD”çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment