1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının oftalmoloqu Dr.Aynurə Əliyeva “Həkim məsləhəti” rubrikasında...
29.11.2021

Mərkəzi Gömrük Hospitalının oftalmoloqu Dr.Aynurə Əliyeva “Həkim məsləhəti” rubrikasında “Korluğun əsas səbəbləri” haqqında ətraflı məlumat verib

Dünyada milyonlarla insan korluqdan əziyyət çəkir. Korluq görmə qabiliyyətinin itirilməsidir. Ətraf mühit haqqında informasiyanın 90%-i gözlə alındığına görə görmənin zədələnməsi, itirilməsi insanlara neqativ təsir edir. Xroniki korluğun əsas səbəbləri katarakta, qlaukoma, gözün tor qişasındakı sarı ləkənin yaşlanma ilə əlaqədar degenerasiyası (AMD), buynuz qişanın patologiyası, zədə, uşaqlarda anadangəlmə göz xəstəlikləridir. 

Dünyada, həmçinin, yaşın artması və nəzarət olunmayan şəkər xəstəliyi ilə bağlı korluq da geniş yayılıb. Görməni təmin edən torlu qişanın, görmə siniri və makulanın zədələnməsi ilə müşayiət olunan xəstəliklər korluqla nəticələnir. Xəstəliyin vaxtında aşkar olunması və müalicənin dərhal aparılması üçün mütəmadi maarifləndirici tədbirlərin həyata keçirilməsi vacibdir.

Dünyada hər il görməsini itirən insanların sayı 45 000  artır. Korluqla mübarizə durmadan davam etdirilərsə, həmin insanların 80%-də korluğun qarşısı alına bilər. Gözlərin müayinəsi və eynəklərlə təminat nəticəsində yer kürəsində 153 milyon insanın həyatı dəyişə bilər. Ümumdünya Səhiyyə Təşkilatı sadalananların reallaşacağını mümkün hesab edir. Ölkəmizdə korluq və görmə qüsurlarının qarşısının alınması üçün dövlət səviyyəsində mühüm tədbirlər görülür. 

Statistik məlumatlara əsasən, dünya əhalisinin 4%-i ciddi görmə qüsurlarından və ya korluqdan əziyyət çəkir. Görmə problemləri olan insanların 19 milyonu uşaqlardır, onlardan 1,5 milyon uşaq tam korluqdan əziyyət çəkir. Belə ki, korluq uşaqların, gənclərin gələcək inkişafında özünü formalaşdırmada, reallaşdırmada maneələr yaradır. Sonradan görməsini itirənlərdə  korluq həyat keyfiyyətinə təsir edir, onların gündəlik aktivlikləri zəifləyir, asılılıq, psixoemosional pozğunluqlar, depressiyalar yaranır, əmək fəaliyyəti itir, zədə və  travmaların riskini artırır.

Yaşla bağlı makula degenerasiyası, piqmentli retinitlər zamanı görməsini sonradan itirən pasiyentlər üçün “bionik gözlər” ixtirası, tətbiqi üzrə müsbət nəticə verən araşdırmalar 1997-ci ildən aparılır (Avstraliya). Retinal protez vasitəsilə  elektrik impulsları gözə implantasiya olunmuş çipə verilir, sinir hüceyrələri stimulyasiya olunur və beyinə siqnallar ötürülür. 

Göz önündə isə xüsusi kameralı eynək yerləşdirilir. Mürəkkəb və bahalı texnika belə mexanizmlə pasiyentləri bir neçə saniyəlik görmə ilə təmin edir. Bionik gözdəki görmə sağlam bir gözün görməsi kimi olmasa da, heç görməyən xəstə üçün bu olduqca dəyərlidir. Xəstələrin görməsi kompüterdəki pikseller kimi və ağ-qara rəngdə olur.    

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment