1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank-ın simaları: Elnur Məmmədov: “Korporativ və insani dəyərlərimə sadiq qalıram”
25.11.2021

AccessBank-ın simaları rubrikasında bugünkü həmsöhbətimiz Bankın Məhkəmə Qərarlarının İcrasının Müşahidəsi Şöbəsinin rəhbəri Elnur Məmmədovdur.

- Siz ötən il ölkəmizin ərazi bütövlüyünün bərpasında fəal iştirak etmiş AccessBank əməkdaşlarından birisiniz. Eyni zamanda həm bank, həm də hərbi işlə yaxından tanışsınız. Deyə bilərsiz, bu işlərdən hansı sizə daha doğmadır? 

- Artıq 12 ildir ki, bank sektorunda çalışıram və işimə olan marağımı itirməmişəm. Bank sektorunda işlədiyim illərin sayı işimə olan sonsuz həvəsimin göstəricisidir.

Hərbi işi “işim” adlandırmaq mənə nəsə qəribə gəlir... 2005-2007-ci illərdə hərbi xidmətdə olmuşam, leytenant rütbəsi ilə bitirmişəm. Keçən il hərbi xidmətə qayıtdım və 44 günlük müharibəni baş leytenant kimi başa vurdum.

Mənim üçün, bir çox həmvətənlərim üçün də hərbi iş bir borcdur. Vətənim qarşısında vətəndaşlıq borcum. AccessBank-da korporativ dəyərlərimiz var və onlar başqa şeylərlə yanaşı, ümumbəşəri dəyərlərə əsaslanır. İşdə korporativ dəyərləri rəhbər tutduğumuz kimi, gündəlik həyatda da insani dəyərlərimizə əməl edirik – bunu "daxili kompas"ımız adlandıra bilərik. Keçən payız dəyərlərimə sadiq qalaraq Vətənimi azad etmək üçün yola çıxdım. Mən öz borcumu yerinə yetirdiyimi düşünürəm; korporativ və insani dəyərlərimə sadiq qalaraq, hər an ehtiyacı olanların köməyinə gəlməyə də hazıram.

- İstər-istəməz yadıma Lev Tolstoyun “Hərb və sülh” romanı düşür. Sülh və -hərb... Bu iki anlayış sizin üçün nə deməkdir?

- Təəssüf ki, bəşəriyyət tarixi sülh dövründən daha çox müharibələrlə zəngindir. Haradasa oxumuşam ki, bəşəriyyət tarixi boyu cəmi 300 ilə yaxın sülh şəraitində yaşayıb.

Müharibədə xoş bir şey yoxdur, bunu heç kimə arzulamazdım. Ancaq bəzən bu, zərurətdir. 44 gün bizim üçün həm ərazi bütövlüyümüzün bərpası, həm də ədalətin zəfəri idi. Sonda biz birlikdə - cəsur hərbçilərimiz və şəhidlərimiz sayəsində ədaləti bərqərar etdik, zəfər çaldıq. 

Bəli, ədalətdən danışmaya bilmərəm - çünki gündəlik həyatda bu mənim üçün çox vacibdir. Ədalət uşaqlıqdan tərbiyə aldığım və bankda işimdə ciddi əməl etdiyim amildir. 

- 44 günlük müharibəyə leytenant kimi başladız  və baş leytenant rütbəsi ilə başa vurdunuz. O payız günlərini necə xatırlayırsınız? 

- Həmin 44 gün ərzində, hətta ondan sonra da sevginin, mərdliyin, cəsarətin şahidi oldum. Qələbənin əvəzini canları ilə verənlər də oldu. Allah hamısına rəhmət eləsin!

Ötən payız əmin oldum ki, biz bankda bir ailəyə çevrilmişik. Ailəmizdə yaşadığımız anlar və hissləri biz komanda olaraq də yaşamışıq. Həm evdə, həm də işdə - birlikdə nigaran idik, birlikdə xoşbəxt idik. Belə çıxır ki, təkcə korporativ və insani dəyərlər deyil, həm də hisslər eyniləşir. 
 

- Mülki həyata qayıtmaq nə qədər asan idi?

- Allaha şükür, müharibə o qədər uzun çəkmədi ki, normal həyata qayıtmaq çətin olsun. Qələbədən sonra ölkədə yüksək əhval-ruhiyyəni görməkdən çox məmnunam. Bu qələbə üçün canından keçmiş şəhidləri hörmətlə anırıq. 

Mülki həyata qayıtmaq xoş idi; bütün ölkənin - aqro, inşaat və bank əməkdaşlarının iştirak edəcəyi böyük bir dirçəlişə qədəm qoyduğu aydın idi.

Uzun illərdir ki, mikromaliyyə seqmentində liderlik edən bir bank olaraq, biz də işğaldan azad edilmiş ərazilərdə biznesin canlanmasına yönəlmiş təşəbbüsləri dəstəkləyəcəyik.

Qarşıdakı illərdə görüləcək işlər var. Necə deyərlər, planlarımız çoxdur.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment