1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Sanitar-Karantin Xidmətinin əməkdaşları "Təməl Həyata Dəstək (BLS – Basic Life Support) üzrə
24.11.2021

Azərbaycan Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Sanitar-Karantin Xidmətinin əməkdaşları "Təməl Həyata Dəstək (BLS – Basic Life Support) üzrə təlimçilərin təlimi” kursunu bitiriblər

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Sanitar-Karantin Xidmətinin (SKX) baş müfəttişləri İxtiyar Muxtarov, Müşfiq Qəhrəmanov, Əli Məmmədov və Hüseyn Qasımov “Təməl Həyata Dəstək (BLS - Basic Life Support) üzrə təlimçilərin təlimi” kursunda iştirak ediblər və bu  kursu 16 sentyabr və 3 noyabr 2021-ci il tarixlərində müvəffəqiyyətlə bitiriblər. Təlimlər Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” publik hüquqi şəxsi və “Uptodate in Medicine” şirkətinin dəstəyi ilə təşkil olunmuşdur. 

Təlim iştirakçıları ilk yardımın məqsədləri, ilk yardımın tətbiqi halları, zərərçəkmişin vəziyyətinin qiymətləndirilməsi,  təkmilləşmiş tibbi yardımın çağırışı proseduru, ürək massajı, xilasedici süni tənəffüs, ürək – ağciyər reanimasiyası (CPR), Avtomatik Xarici Defibrilyatorun (AED) istifadə alqoritmi, ürək və tənəffüsün dayanması zamanı praktiki məşğələlər, maneken üzərində ürək-ağciyər reanimasiyası, süni tənəffüs və s. mövzularda bilik və bacarqlara yiyələniblər. 

Hazırda təlimlər başa çatmış və təlim iştirakçıları: İxtiyar Muxtarov, Müşfiq Qəhrəmanov, Əli Məmmədov və Hüseyn Qasımov Amerika Kardiologiya Assosiasiyasının tədris proqramına uyğun olaraq bilik və bacarıqlar əldə etdiklərinə və Basic Life Support təlim proqramını bitirdiklərinə  görə Sertifikatlara layiq görülüblər. İştirakçılar həmçinin, praktiki simulyasiya və yazılı imtahan vasitəsilə qiymətləndiriliblər. Onlar ilk dəfə rəsmi peşəkar təlimçi hüququnu qazanıblar.

Qeyd edək ki, Sanitar-Karantin Xidmətinin əməkdaşlarının təlimlərdə iştirakının əsas məqsədi hər hansı qəza zamanı təcili tibbi yardım briqadası gələnə qədər zərərçəkmişləri həyatda saxlamaq məqsədilə ilkin yardımın göstərilməsini, bu sahə üzrə bilik və bacarıqları öyrətmək və gələcəkdə bu cür təlimlərin onlar tərəfindən Dövlət Gömrük Komitəsinin gömrük-sərhəd buraxılış məntəqələrində xidmət aparan əməkdaşlara keçirilməsidir.

https://we.tl/t-cZTWi4RG9A


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment