1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Birbank Rəqəmsal Mərkəzlərində bank xidmətlərini daha tez və rahat həyata keçirmək olar
24.11.2021

Müştərilərə göstərilən xidmətlərinin operativ, çevik və keyfiyyətli həyata keçirilməsinə önəm verən Kapital Bank, bank xidmətlərinin rəqəmsallaşması istiqamətində müştərilərinə daim yeni xidmətlər təqdim edir. Hazırda Bankın əsas prioritetlərdən biri müştərilərin daha çox vaxt sərf etdiyi xidmətlərin, kredit əməliyyatlarının rəqəmsallaşmasıdır. 

Təsadüfi deyil ki, cari il ərzində Kapital Bank-da istehlak kreditlərinin və BirKart taksit kartının rəsmiləşdirməsinin 52%-i məhz rəqəmsal kanallar vasitəsilə həyata keçirilib. Bu istiqamətdə fəaliyyətini genişləndirən Kapital Bank əhaliyə Birbank Rəqəmsal Mərkəzlərini təqdim edir. Bu mərkəzlər ənənəvi bank filialları ilə müqayisədə bir sıra üstünlüklərinə görə fərqlənirlər. Əsas üstünlüyü isə müştərilərin bank əməkdaşının iştirakı olmadan, özünəxidmət üsulu ilə bir çox xidmətlərdən yararlana bilməsidir.  

Rəqəmsal Mərkəzlərin müştərilər üçün əsas üstünlükləri onlara, nağd pul kreditlərini və BirKart taksit kartını növbə gözləmədən, əlavə sənəd tələbi olmadan rahat şəkildə əldə etmək imkanının yaradılmasıdır. Əlavə olaraq bu mərkəzlərdən istifadə edən müştərilər Bankın standart şərtlərində qeyd olunan tariflər üzrə  (kreditlərin komissiyasında, faiz dərəcələrində və s.) bir sıra endirimlər əldə edə bilirlər.

Hazırda Bakı şəhərində 4 ünvanda Birbank Rəqəmsal Mərkəzləri fəaliyyət göstərir: Elmlər Akademiyası (Yasamal rayonu, 556/57-ci məhəllə, H. Cavid prospekti A), Memar Əcəmi (Nəsimi rayonu, Hüseyn Bala Əliyev küçəsi, 80E), Həzi Aslanov (Xətai rayonu, Məhəmməd Hadi küçəsi 73) və İnşaatçılar (Yasamal rayonu, A. M. Şərifzadə küçəsi 162). Gələcəkdə bu mərkəzlərin sayı artırılmaqla yanaşı, təqdim edilən bank xidmətlərinin sayı da artırılacaq.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 22 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment