1 USD 1,7    1 EUR 1,9105    1 RUB 0,0229    1 TRY 0,1334    XAU 3048,1340    XAG 40,0278    XPT 1665,1670    XPD 3219,0095   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Kaspersky: dünya üzrə istifadəçilərin çoxu öz tərəfdaşlarının rəqəmsal təqibini qəbuledilməz hesab edir
22.11.2021

Kaspersky-nin yeni sorğusuna əsasən, dünya üzrə istifadəçilərin 70%-i öz tərəfdaşlarının rəqəmsal təqibini məqbul hesab etmir. Onlar arasında bunun müəyyən şərtlər daxilində mümkün ola biləcəyini hesab edənlərin 63%-i öz tərəfdaşını təhlükəsizlik, 63%-i xəyanət şübhəsi səbəbiylə, 50%-i isə qanunsuz fəaliyyət şübhələrilə izləyə biləcəyini bildirib. 

“Sorğumuzn məlumatlarına görə, respondentlərin üçdə birindən çoxunu (37%) tərəfdaşlarının onların rəqəmsal məxfiliyini poza bilmək ehtimalı narahat edir. Onlar, xüsusilə, yaxın bir şəxsin daha əvvəl və ya indi onların sosial şəbəkədəki fəaliyyətini yoxladığından (53%) və ya mətn mesajlarını oxuduğundan (51%) ehtiyat edir,” deyə Kaspersky-nin kibertəhlükəsizlik mütəxəssisi Viktor Çebışev qeyd edir. “Bugün məxfiliyə qarşı həm də stalker (gizli təqib) proqramları təhdid yaradır**. Ona görə də, proqramın necə işlədiyini və stalkerlə qarşılaşan zaman nə etmək lazım olduğunu bilmək vacibdir. Bu təhdidlə mübarizə aparmaq üçün, iki ilə əvvəl Stalker Proqramları ilə Mübarizə Koalisiyası (Coalition Against Stalkerware) yaradılıb. Bugün Kaspersky ilə yanaşı ona dünya üzrə 40-dan çox təşkilat daxildir. 

“Məişət Zorakılığına Qarşı Milli Şəbəkə, Kaspersky-nin məxfilik və şəxsi ünsiyyət zamanı casus proqramlardan istifadə barədə məlumatlılığın artırılması istiqamətində atdığı addımları alqışlayır. Bu sahədə məlumat qıtlığı var, buna görə də, bu məlumatların təhlükəsizlik səviyyəsinin artırılması və zərərçəkənlərin gizliliyinin qorunması üçün istifadə ediləcəyini səbrsizliklə gözləyirik,” Məişət Zorakılığına Qarşı Milli Şəbəkənin (NNEDV) direktoru Erika Olsen bildirib. 

Əgər istifadəçi cihazına stalker proqramının quraşdırıldığından şübhə edirsə, Kaspersky aşağıdakı təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edir:

casus proqramını silməyə tələsməyin, əgər o, şəxsi cihazda aşkarlanıbsa, təcavüzkar bunu görə bilər; 

müdafiə strategiyası hazırlamaq üçün hüquq-mühafizə orqanları və məişət zorakılığı qurbanlarına yardım göstərən təşkilatlarla əlaqə saxlayın (bir sıra ölkələrdəki belə təşkilatların siyahısını www.stopstalkerware.com saytında görmək olar);

Stalker Proqramları ilə Mübarizə Koalisiyasının qorunma üsulları haqqında videoya baxın;

Koalisiyanın saytındakı materiallarla tanış olun, burada stalker proqramlarının aşkarlanması, silinməsi və onların hücumunun qarşısının alınmasına həsr edilmiş səhifə var; 

cihazda stalker proqramının quraşdırılıb-quraşdırılmadığını müəyyən etmək üçün xüsusi həllərdən, məsələn, Android üçün Kaspersky Internet Security-dən istifadə edin.

Stalker Proqramları ilə Mübarizə Koalisiyası haqqında

Koalisiya, təqib proqramlarının istifadə olunduğu şiddət, təcavüz və təqib halları ilə mübarizə aparmaq məqsədilə 2019-cu ilin noyabrında yaradılıb. Hazırda informasiya təhlükəsizliyi həlləri istehsalçıları və şiddət qurbanlarına kömək edən QHT-lər də daxil olmaqla, koalisiya 26 təşkilatı təmsil edir. Problemin qlobal sosial əhəmiyyətini və bu cür proqramların yeni nümunələrinin müntəzəm olaraq meydana çıxmasını nəzərə alaraq, Stalker Proqramları ilə Mübarizə Koalisiyası yeni ortaqlıqlara açıqdır və müxtəlif təşkilatları əməkdaşlığa təşviq edir. Daha çox məlumatı www.stopstalkerware.org saytında əldə edə bilərsiniz. Məlumatlar hazırda İngilis, Fransız, İtalyan, İspan, Alman və Portuqal dillərindədir.

* 2019-cu ilin noyabrında təsis edilmiş Stalker Proqramları ilə Mübarizə Koalisiyasının yaranış ildönümünə həsr edilən sorğu, Kaspersky-nin sifarişi əsasında Sapio Research şirkəti tərəfindən 2021-ci ilin sentyabrında aparılıb. Sorğuda dünya üzrə 21 ölkədən 21,000 insan, o cümlədən Rusiyadan 1,002 nəfər iştirak edib. 

** Stalker proqramı – təqib üçün hazırlanmış kommersiya proqramlarıdır, hansı ki, tez-tez gizli müşahidə və insanın şəxsi həyatına müdaxilə üçün istifadə edilir. Stalker tətbiqlərinin köməyilə qurbanın mesaj, fotoşəkil, sosial şəbəkə səhifələri, geolokasiya məlumatları, audio və video yazıları (o cümlədən real-vaxt rejimində) kimi məlumatlarına giriş əldə etmək mümkündür. Belə bir casus proqramının xüsusi özəlliyi ondan ibarətdir ki, onun quraşdırılması və tənizmlənməsi üçün qurbanın cihazına fiziki çıxış lazımdır. Üstəlik, bu cür proqramlar gizli fon rejimində çalışır, qurban isə onun varlığından xəbər tutmur.

 


     



08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri
 
04.02.2020
Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu
25.11.2019
Yevgeniya Qaşikulina
AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini
23.10.2019
Emin Hacıbalayev
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu
12.07.2019
Mojtaba Haşemzadeh
Mərkəzi Gömrük Hospitalın yüksək ixtisaslı bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment