1 USD 1,7    1 EUR 1,9105    1 RUB 0,0229    1 TRY 0,1334    XAU 3048,1340    XAG 40,0278    XPT 1665,1670    XPD 3219,0095   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank Şəmkirdə!
22.11.2021

AccessBank filial şəbəkəsini artırmaqla əhatə dairəsini genişləndirməyə və keyfiyyətli bank xidmətlərini əlçatan etməyə davam edir. Bank, bu dəfə Şəmkir şəhərində yeni filialını istifadəyə verir. Yeni konsepsiya əsasında təmir edilən filial şəhərin mərkəzində - Həzi Aslanov küçəsi 24 ünvanında yerləşir. Filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, valyuta mübadiləsi və s. bank xidmətlərini təklif edir. 

Şəmkir filialının rəhbəri Elgün Namazov yeni filialın açılması münasibətilə şəmkirlilər üçün xüsusi endirim kampaniyasının keçirildiyini bildirib:”AccessBank olaraq, biznes fəallığını və müştərilərin istəklərini nəzərə alaraq, Şəmkir şəhərində yeni filial açdıq. Bu münasibətlə şəmkirlilərə sevindirici xəbərimiz var – onlar  bir ay ərzində bütün növ plastik kartları 50% endirimlə, 30 min manatadək nağd krediti isə komissiyasız əldə edə bilərlər.” 

Qeyd edək ki, Şəmkir filialı AccessBank-ın qərb bölgəsində ilk filialı deyil. Bank uzun illərdir ki, Gəncə, Qazax və Mingəçevir şəhərlərində də fəaliyyət göstərir.




AccessBank filial şəbəkəsinin yenilənməsi və genişləndirilməsi layihəsinə bu ilin may ayından başlayıb. İlkin olaraq, Bankın Binəqədi filialında yenidənqurma işləri aparılıb. Növbəti ildə layihəyə uyğun olaraq,  digər filialların da yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və nümayəndəliklərin açılması nəzərdə tutulub. 

“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla, 29 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.  

 


     



08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri
 
04.02.2020
Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu
25.11.2019
Yevgeniya Qaşikulina
AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini
23.10.2019
Emin Hacıbalayev
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu
12.07.2019
Mojtaba Haşemzadeh
Mərkəzi Gömrük Hospitalın yüksək ixtisaslı bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment