1 USD 1,7    1 EUR 1,9105    1 RUB 0,0229    1 TRY 0,1334    XAU 3048,1340    XAG 40,0278    XPT 1665,1670    XPD 3219,0095   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan və ABŞ arasında turizm əlaqələri müzakirə olunub
22.11.2021

Noyabrın 18-də Azərbaycan Turizm Bürosu ilə ABŞ-dakı tərəfdaşlar arasında keçirilən onlayn görüşdə iki ölkə arasında turizm əlaqələri və onun inkişaf perspektivləri müzakirə olunub.

Görüşdə Azərbaycan Turizm Bürosunun Baç icraçı direktoru Florian Zenqstşmid, Amerika-Azərbaycan Ticarət Palatasının (USACC) icraçı direktoru Natiq Baxışov, Oklahoma Ştatının Turizm Departamentinin direktoru Cenifer Mullins, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Özəl Sektorun İnkişafı (PSA) Layihəsinin rəhbəri Devid Blad və başqaları iştirak ediblər.

Görüş zamanı Azərbaycanın mövcud turizm imkanları və turizm məhsulları, Oklahoma ştatı və Azərbaycanın turizm şirkətləri üçün B2B (Biznesdən biznesə) formatlı görüşlərin təşkili və turizm əlaqələrinin inkişafı, USAID və DTA tərəfindən yeni layihələrinin həyata keçirilməsi imkanları müzakirə olunub.

Qeyd olunub ki, ABŞ-dan gələn ziyarətçilər Azərbaycanda əsasən palçıq vulkanları, aqroturlar, paytaxtda və regionlarda tarixi və görməli məkanlar, dağ gəzintisi turları, yəhudi irsi, həmçinin beynəlxalq idman tədbirləri və işgüzar konfranslara xüsusi maraq göstərirlər. Onların Azərbaycanı bir neçə qonşu dövlətlə birlikdə təcrübə etmələri tendensiya olaraq müşahidə olunur.

Müzakirələrdə 2022-ci ildə Azərbaycan və ABŞ arasında onlayn görüşlərin, eləcə də müxtəlif turizm mövzuları üzrə vebinarların təşkili, “Azerbaijan 101” onlayn təlim platforması vasitəsilə tərəfdaşları əlaqələndirmək məsələləri haqda danışılıb.

 


     



08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri
 
04.02.2020
Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu
25.11.2019
Yevgeniya Qaşikulina
AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini
23.10.2019
Emin Hacıbalayev
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu
12.07.2019
Mojtaba Haşemzadeh
Mərkəzi Gömrük Hospitalın yüksək ixtisaslı bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment