1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” adlı dərsliyin ikinci nəşri çap edilmişdir
18.11.2021

Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun rəhbəri, “Bank of Baku“ ASC-nin Ödəniş sistemləri departamentinin direktor müavini, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun dissertantı Tamerlan Rüstəmov və  Azərbaycan Respublikası Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin böyük mütəxəssisi, Azərbaycan Texniki Universitetinin baş müəllimi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun baş elmi işçisi Xəyaləddin Tağıyev tərəfindən “Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” adlı dərsliyin ikinci nəşri çap edilmişdir.

 Qeyd edilməlidir ki, dərslik “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində hazırlanmış və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ölkədə fəaliyyət göstərən bütün ali təhsil müəssisələrində qeyri-iqtisadi profil ixtisası üzrə tədrisi tövsiyə edilmişdir.

Yeni nəşrdə rəqəmsal ödəniş ekosistemi sahəsində qlobal trendlər, rəqəmsal bankçılıq konsepsiyası və qabaqcıl maliyyə bazarlarına malik ölkədə bu konsepsiyanın realizasiya istiqamətləri, fintex ekosisteminin inkişafında mühüm rol oynayan sandbox rejimi və onun tətbiqi xüsusiyyətləri, ölkəmizdə formalaşan rəqəmsal ödəniş ekosisteminin yenilikçi maliyyə institutları haqqında məlumatlar əks olunmuşdur.

 Ali təhsil ocaqlarında tədris ediləcək bu dərslik, nəzəri yanaşmanı və praktik məsələləri əhatə etdiyinə görə bank əməkdaşlarının bilik və bacarıqlarının daha da təkmilləşməsində, həmçinin əhalinin maliyyə savadlılığının yüksəlməsində mühüm rol oynayacaqdır.

 Kitabı aşağıdakı linkə daxil olmaqla əldə edə bilərsiniz: https://shop.az/az/product/product-detail/634355

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment