1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Serkan Koç AccessBank əməkdaşları üçün təlim keçdi
16.11.2021

Türkiyənin məşhur biznes konsultantı Serkan Koç AccessBank əməkdaşları üçün təlim keçdi. 2 gün davam etmiş təlimlərdə Bankın biznes müştərilərinin cəlbi ilə məşğul olan əməkdaşları iştirak etdilər. Təlimlərdə əsasən orta və iri korporativ müştərilərin idarə edilməsi, effektiv kommunikasiya və müştəri tələblərinin müəyyən olunması mövzuları müzakirə olundu.  

AccessBank-ın Pərakəndə Bankçılıq üzrə İcraçı Direktoru İlkin Quliyev vurğuladı ki, Bankın əsas strategiyası məhz biznes müştərilərə xidmət etməkdir:”Biznes müştərilərimizə yüksək xidmət göstərmək başlıca hədəflərimizdən biridir. Bu səbəbdən Bank olaraq, əsas dəyərimizə - insan kapitalına invesitisiya edirik, komanda üzvlərinin inkişafı üçün təlim və seminarlar təşkil edirik. 2 gün ərzində Serkan bəy beynəlxalq biznes təcrübələri ilə bölüşdü, real keyslərədən nümunələr çəkdi və əməkdaşlarımızla birgə biznes proseslərin optimallaşdırılması üzərində çalışdılar. Təcrübə mübadiləsini kənardan izləmək çox maraqlıdır”. 

Serkan Koç AccessBank-da keçdiyi təlimdə öyrətməklə yanaşı, özünün də yeni biliklər əldə etdiyini qeyd etdi:“Mən təlimlərdə qarşılıqlı təcrübə mübadiləsinə üstünlük verirəm. Bu mənə hər dəfə yeni biliklər əldeə etməkdə yardım edir. AccessBank əməkdaşları ilə satış və danışıqların aparılması sahələri üzrə müzakirələr apardıq. Təlim zamanı mən də yeni satış üsulları öyrəndim, əməkdaşların iş təcrübələri, real keysləri, yerli bazarın durumu ilə yaxından tanış oldum. AccessBank komandası ilə növbəti görüşləri böyük səbrsizliklə gözləyirəm”.

Qeyd edək ki, 27 illik biznes təcrübəsinə malik Serkan Koç Türkiyə, Azərbaycan və Estoniyada bir neçə şirkətin rəhbəri olmaqla bərabər, həm də regionda tanınan konsultantdır. O, rəqəmsal strategiya üzrə məsləhətçi və uğurlu CEO olaraq, digital və biznes transformasiya, innovasiya mədəniyyəti və müştəriyönümlü yanaşmanın müxtəlif aspektləri mövzularında təlimlərlə çıxış edir. 

“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.  


 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment