1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


PAŞA Sığorta və Bakı Dövlət Universiteti arasında memorandum imzalandı!
12.11.2021

Gənclərin təhsilinə, gələcək inkişafına və insan kapitalına göstərdiyi diqqətə görə fərqlənən PAŞA sığorta şirkəti bu istiqamətdə yeni bir başlanğıca imza atıb.

Ölkəmizin ilk fəaliyyətə başlayan ali təhsil ocağı olan Bakı Dövlət Universiteti və qeyri-həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti arasında 11 noyabr 2021-ci il tarixində qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb. Əməkdaşlıq sazişini Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və “PAŞA Sığorta” ASC-nin İdarə Heyəti sədrinin müavini Tural Əliyev imzalayıblar.

Memorandum iki qurum arasında birgə fəaliyyət, ortaq layihələrin hazırlanması və icra edilməsi, tələbə və gənclər arasında sığorta savadlılığının və biliklərinin formalaşdırılması, həmçinin inkişaf etdirilməsi istiqamətlərində əməkdaşlığın yaradılmasını nəzərdə tutur. 

Bundan əlavə, PAŞA Sığorta şirkəti tərəfindən müəyyənləşdirilmiş bilik və bacarığa malik olan tələbələrin sertifikasiyalarına dəstək verilməsi planlaşdırılır. Müxtəlif istiqamətlərdə bilik mübadiləsi sessiyalarının keçirilməsi, könüllü təcrübə proqramlarının təşkil edilməsi və tələbələrin peşə təcrübəsinin artırılması, habelə şirkət əməkdaşlarının Universitetdə təşkil edilən tədbirlərə qonaq çıxışçı qismində dəvət edilməsi  də gənclərin gələcək inkişafında mühim rol oynayacaq.

“Bu memorandum çərçivəsində iki qurum arasındakı əməkdaşlıq ixtisaslı kadrların yetişdirilməsinə imkan yaradacaq. Tələbələrin tədris həyatından iş həyatına daha rahat keçid etməsini, korporativ mühitə daha tez uyğunlaşmalarını təmin edəcək.”- deyə Tural Əliyev vurğulayıb.

“Qarşılıqlı əməkdaşlıq çərçivəsində PAŞA Sığorta şirkətində çalışan  mütəxəssislər tərəfindən qonaq qismində mühazirələrin keçirilməsi, tələbələrin təcrübə proqramına cəlb edilməsi gənclərin gələcək inkişafı üçün uğurlu olacağını düşünürəm”-deyə rektor Elçin Babayev bildirib.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment