1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank of Baku “Milli KSM Mükafatı 2020”nin qalibi oldu!
11.11.2021

Fəliyyəti dövrü ərzində, Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində cəmiyyətin faydasına töhfə verəcək sosial layihələrə imza atan Bank of Baku “Onlar Sevinsin” layihəsi ilə bu il də “Milli KSM Mükafatı” müsabiqəsinin qalibi oldu.

Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşkilatçılığı ilə keçirilən müsabiqədə iştirak edən layihələr, BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş 17 dayanıqlı inkişaf məqsədləri əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ASAN Xidmət, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası (AQSİA) və PROAKTİV PR Agentliyinin də olduğu münsiflər heyəti tərəfindən qiymətləndirilib. 

Müsabiqənin üçüncü ilində, Bank of Baku 2017-ci ildən etibarən hər il silsilə olaraq icra etdiyi “Onlar Sevinsin” layihəsi ilə “Keyfiyyətlı Təhsil” nominasiyası üzrə qalib seçilib.

2020-ci ildə icra olunan layihə çərçivəsində, bank Tovuzun Ağdam kəndində yaşayan, müharibədən zərər görmüş ailələrin və şəhid övladlarının da olduğu 150 nəfər məktəblini çanta və məktəb ləvazimatları ilə təmin edərək, təhsillərinə dəstək göstərmişdir. 

Xatırladaq ki, Bankın “Onlar Sevinsin” layihəsi “Milli KSM Mükafatı 2019” müsabiqəsinin də qalibi olub.  

Bank of Baku-nun məhsul və xidmətləri haqqında daha ətraflı məlumatla bankın rəsmi veb səhifəsinə - www.bankofbaku.com daxil olaraq tanış ola bilərsiniz. 


Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com  

www.facebook.com/bankofbaku


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment