1 USD 1,7    1 EUR 1,8669    1 RUB 0,0142    1 TRY 0,1147    XAU 3291,3785    XAG 42,2151    XPT 1750,5325    XPD 4051,3720   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Bakı şəhəri beynəlxalq mükafata layiq görülüb
02.11.2021

Bakı şəhəri “Uzakrota” platformasının təşkil etdiyi səyahət mükafatları çərçivəsində “Dünyanın Aparıcı Turizm Destinasiyası Şəhəri” nominasiyası üzrə qalib elan olunub.

Bu nominasiyada qlobal səviyyədə səsvermə prosesi cari ilin oktyabr ayı ərzində keçirilib.

Eyniadlı nominasiya üzrə ikinci və üçüncü yerləri isə İstanbul və Amsterdam şəhərləri tutub.

Müsabiqədə 53 kateqoriya üzrə namizəd olan mindən çox turizm destinasiyası, hotel, hava yolu şirkəti, turoperator, onlayn səyahət platforması və başqa növ turizm təsisatları iştirak ediblər.

Türkiyənin səyahət və işgüzar tədbirlər üzrə aparıcı platformalarından biri olan  “Uzakrota” artıq 11 ildir ki, “Beynəlxalq Səyahət Mükafatları” tədbirini təşkil edir.

“Uzakrota” tədbiri 2018, 2019 və 2020-ci illərdə fərqli platformalar tərəfindən dünya miqyasında ən nüfuzlu tədbirlərdən biri seçilib.

Ölkəmizin turizm imkanlarının beynəlxalq platformalar tərəfindən qiymətləndirilməsi haqqında danışan Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycanın son günlərdə 4 beynəlxalq mükafata layiq görülməsinin sevindirici hal olduğunu qeyd edib.

Qeyd edək ki, Azərbaycan oktyabr ayı ərzində “28-ci Dünya Səyahət Mükafatları” tədbirində 2 nominasiyada, eləcə də maddi və qeyri-maddi şərabçılıq üzrə “İter Vitis” mədəni marşrutuna həsr olunmuş “Ən yaxşı ölkələrarası şərab turizmi məhsulu” nominasiyası üzrə qalib olub.

 


     



16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
 
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri
04.02.2020
Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu
25.11.2019
Yevgeniya Qaşikulina
AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini
23.10.2019
Emin Hacıbalayev
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment