1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Muğanbank ilin 9 ayını xalis mənfəət ilə başa vurdu
28.10.2021

Ötən ilin eyni dövrü ilə müqayisədə Muğanbank ASC-nin gəlirləri 4 dəfədən çox artmışdır. Belə ki, ötən ilin ilk 9 ayını 1.88 mln. manat zərər ilə işləyən bank, bu ilin eyni dövrünü 602 min manat xalis mənfəətlə başa vurmağı bacarmışdır. 

Bankın açıqladığı maliyyə göstəricilərinə əsasən, ötən dövr ərzində bankın qeyri-faiz gəlirlərinin artdığı müşahidə olunur. Bu da öz növbəsində bankın daha stabil gəlir mənbələrini hədəflədiyini deməyə əsas verir.  

Bununla belə ötən dövr ərzində “Muğanbank“ ASC kredit portfelininin həm keyfiyyət həmçinin də kəmiyyət göstəricilərini artırmağa nail olmuşdur. Belə ki, bankın kredit portfeli 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 44.5 mln. manat və ya 13,2% artaraq 380.4 mln. manat olmuşdur. 

Kredit portfelinin strukturuna gəldikdə isə, bank tərəfindən verilmiş biznes kreditləri 45.3 mln. manat və ya 22,2% artaraq 248.2 mln. manata, istehlak kreditləri isə 4.2 mln. manat və ya 19,3% artaraq 25.9 mln. manata çatmışdır. 

Muğanbankın depozit portfeli də öz növbəsində bankın kredit portfelinə mütənasib olaraq 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 29.1 mln. manat artaraq 307.8 mln. manata çatmışdır. 

Ümumilikdə, Bankın cəmi aktivləri 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 53.3 mln. manat (və ya 9%), məcmu kapitalı isə 9.6 mln. manat (və ya 10.5%) artaraq, müvafiq olaraq 643.9 mln. manata və 101.4 mln. manata yüksəlmişdir. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment