1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu Dr.Müseyib Əhmədov “Həkim məsləhəti” rubrikasında “Osteoartrit nədir?...
25.10.2021

Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu Dr.Müseyib Əhmədov “Həkim məsləhəti” rubrikasında “Osteoartrit nədir? Gecələr yuxudan oyadan ağrılar nədən yaranır və bu xəstəlikdən necə qorunmaq olar?” sualını cavablandırıb.

Osteoartrit termini yunan dilində oynaq mənasını verən "artron" sözündən əmələ gəlmişdir. Osteoartrit oynaqların aşınması deməkdir. Osteoartritə xalq arasında kirəcləşmə də deyilir. Bu, oynaqların qığırdaq toxumasının quruluşunun pozulması, qığırdağın aşınması və zədələnməsi ilə müşahidə olunan xəstəlikdir. Osteoartritə daha çox diz, bud-çanaq, bilək və onurğa sütunu oynaqlarında rast gəlinir. 

Qadınlarda kişilərə nisbətən daha çox müşahidə olunur. Əsasən 50 yaşdan yuxarı şəxslərdə qeyd edilir. Xəstəlik vaxtında müalicə olunmadıqda oynaqların yükdaşımasını təmin edən qığırdağın tamamilə nazilib aradan qalxması və sümük başlarının bir-birinə sürtülməsi ilə nəticələnir. Qığırdağın bu zədələnməsi ilə birlikdə oynaqda kəskin ağrılar meydana çıxır.

Son vaxtlar 60-70 yaşlı insanlar arasında diz ağrıları geniş yayılmışdır, lakin bu xəstəlik insanları 30 yaşda da yaxalaya bilər. Osteoartrit diz ağrılarının əsas səbəbi olub, artritin ən çox yayılmış formasıdır. Osteoartrit müalicə olunandır. Düzdür, ola bilsin siz heç vaxt bu ağrılardan tam qurtula bilməyəsiniz, amma bu xəstəliyi idarə edə və əlamətlərinə nəzarət edə bilərsiniz. 

Bəs ağrıların osteoartrit əlaməti olduğunu necə bilmək olar? – Əgər sizin diziniz, diz qapağının altı ağrıyırsa, xüsusən də diz çökəndə, çömbələndə və ya pilləkənlə aşağı enərkən bərk ağrılar olursa, bu osteoartrit əlamətidir. Ağrıları azaltmaq üçün artıq çəkidən azad olmaq məsləhətdir. 

Oturaq həyat tərzi, piylənmə, ağır yük qaldırma osteoartritin yaranmasına səbəb olur.  Sümüklər arasındakı qığırdaqlar ömür boyu dağılır. Bəzi insanlarda bu proses aldıqları zədələr və ya genetik faktorlardan asılı olaraq daha sürətlə gedir. Qığırdaqlar nazildikcə, sümüklər bir-birinə sürtülür və ağrı, şişkinlik yaradır. Əgər bu ağrılar sizin üçün narahatlıq törədirsə, gecələr yuxudan oyadırsa, deməli, həkimə müraciət etməyin vaxtı çatıb. Bunun osteoartrit olub-olmadığını adi rentgen göstərəcək və zərurət yaranarsa, MRT menisk yırtıqlarının olub-olmadığını müəyyən edəcək.  

Diz ağrısının qarşısını almaq üçün bir sıra vərdişləri dəyişmək lazımdır. Məsələn, dizləri bükərək üzərinə oturmaq vərdişini tərgitmək, xüsusən yaşlı insanların pilləkən əvəzinə liftlərdən istifadə etməsi, mümkün olduğu qədər yoxuşlu yollar əvəzinə düz yollarla getməsi məsləhətdir. Kəskin diz ağrısında müalicənin ən son variantı cərrahi müdaxilədir. 

Gənc xəstələrdə meniskial problemlərə bağlı ağrılarda daha çox qapalı artroskopik, yaşlı xəstələrdə isə açıq əməliyyatlar – endoprotezləşdirmə seçilir. Diz qapağı çıxıqları, ön və arxa çarpaz bağ yaralanmaları ilə əlaqədar meydana gələn diz ağrıları varsa, artroskopik və mini açıq əməliyyatlar icra edilir.

Ona görə də, tövsiyə edərdim ki, dizə yüklənərkən ağrılar artırsa, hərəkət məhdudluğu varsa, dizdə şişkinlik, deformasiya müşahidə olunursa, pilləkən enərkən və qalxarkən ağrı yaranırsa, gecə yuxudan oyandıran diz ağrıları varsa mütləq həkimə müayinəyə gedəsiniz, vaxtında həkim müayinəsi və müalicəsi sizi cərrahi müdaxilədən qoruya bilər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment