1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank 2021-ci ilin üçüncü rüb üzrə maliyyə hesabatını açıqladı
22.10.2021

Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2021-ci ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb. 

Üçüncü rübün sonuna bankın aktivləri 944.9 milyon manat təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 42.8 milyon çoxdur. Rüblük artım isə 59 milyon manat təşkil edib.

Bankın ümumi portfeli 2020-ci ilin dekabr ayı ilə müqayisədə 70 milyon artaraq 572.2 milyon manat təşkil edib.

Kredit portfelinin 86%-ni sahibkarlıq subyektlərinə verilən kreditlər təşkil edib. 2021-ci ildə AccessBank tərəfindən 430.6 milyon manat kredit verilib, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 164.3 milyon manat çoxdur. Verilən kreditlərin yarıdan çoxu regional filialların payına düşüb.

Bankın depozit portfeli üçüncü rübün sonunda 2020-ci ilin eyni dövrü ilə müqayisədə 72.3 milyon artaraq 678.7 milyon manat təşkil edib.

Bankın 2021-ci ilin üçüncü rübü üçün faiz gəlirləri 72.7 milyon manat təşkil edib.

Hazırda Bankın məcmu kapitalı 77.5 milyon manat təşkil edir ki, bu da minimum məcmu kapital normasından (50 milyon manat) 27.5 milyon manat artıqdır.

2021-ci ilin sentyabr ayının sonunda bankın ani likvidlik əmsalı 89.3% olub ki, bu da normadan (30%) 3 dəfə çoxdur.

Ətraflı məlumat əldə etmək üçün: - https://www.accessbank.az/az/our-bank/in-figures/

AccessBank-ın İdarə Heyətinin sədri vəzifəsini icra edən Yevgeniya Qaşikulina Bankın  üçüncü rüb üzrə maliyyə nəticələrini şərh edib: “Bankın 2021-ci il üçün əsas vəzifəsi kredit portfelinin artırılmasıdır və biz bunun öhdəsindən uğurla gəlirik. Bank hər ay 4 mindən çox sahibkara kredit verir ki, bu da mikro və kiçik biznesə bağlılığımızın əyani sübutudur. Bundan başqa, ilin birinci yarısında yaranan zərəri üçüncü rübdə yarıya endirdik və onu ilin sonuna qədər tamamilə bağlamaq niyyətindəyik. Depozit portfeli, likvidlik göstəriciləri də sabit müsbət tendensiya göstərir. Əminik ki, pandemiyanın yaratdığı fəsadlar aradan qalxacaq və AccessBank iqtisadiyyata fəal şəkildə kredit verməyə və təklif etdiyi xidmətlərin çeşidini artırmağa davam edəcək”. 

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin https://www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına (Facebook, Instagram, LinkedIn) daxil olmaq olar.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment