1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


STP Şirkətlər Qrupu ilə Ələt Azad İqtisadi Zonası əməkdaşlıq barədə anlaşdı
21.10.2021

Ölkəmizin qabaqcıl şirkətlərindən biri olan STP Şirkətlər Qrupu və Ələt Azad İqtisadi Zonası arasında Strateji Əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalayıb. İmza atma mərasimi STP Şirkətlər qrupunun Rebuild Karabakh sərgisində baş tutub.  Memorandumun məqsədi  iki qurum arasında iqtisadi əlaqələri inkişaf etdirmək, həmçinin qarşılıqlı bilik, informasiya və təcrübə mübadiləsi üçün əməkdaşlıq etməkdir.  Bundan başqa qurumların bir-birinin fəaliyyətinin təşviq olunması və onların fəaliyyətinə sərmayələrin cəlb edilməsi üçün də birgə fəaliyyəti nəzərdə tutur.   Memorandum STP Şirkətlər qrupu tərəfdən Baş direktor Ruslan Ağabəyli və Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov tərəfindən imzalanıb.  

Anlaşma memorandumuna “Sərmayə yatırımlarının həyata keçirilməsinə qarşılıqlı dəstəyin göstərilməsi”, “İşgüzar səfərlər zamanı qarşılıqlı zəruri əlaqələndirmənin təşkili”, “Bilik, informasiya və təcrübənin mübadiləsi” və s. istiqamətləri əhatə edən bəndlər daxildir.   

Ələt Azad İqtisadi Zonası ölkənin qeyri-neft sektoruna yerli və xarici investisiyaları gücləndirmək üçün həyata keçirilən bir layihədir. Bu strateji coğrafi məkandan regional investisiya mərkəzini təmin etmək və Avropa-Qafqaz-Asiya və Şimal-Cənub nəqliyyat dəhlizlərində rəqabət qabiliyyətini artırmaq üçün istifadə ediləcək. 

Qeyd edək ki, STP Şirkətlər qrupu regionda ilk texnopark olmaqla kabel, elektrik avadanlıqları, alüminium və mis profillər, sendviç panellər, polimer borular, dəqiq mexaniki emal, qaynaq quraşdırma, ağır maşınqayırma, qaynar sinkləmə, qumlama və rəngləmə, metaləritmə və texniki qazların istehsalı kimi 30-dan çox istehsal sahələrini tərkibində birləşdirir.  Müəssisənin  təklif etdiyi yüksək keyfiyyətli məhsul və xidmətlər neft-qaz,  energetika, inşaat, kənd təsərrüfatı kimi sahələrdə idxalın azalmasına istiqamətlənib.  

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment