1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibank biznes üçün onlayn məhsulları komissiyasız etdi
20.10.2021

Unibank ölkədə onlayn məhsulların inkişafına dəstək məqsədi ilə daha bir kampaniya keçirir. Bankın biznes müştəriləri üçün nəzərdə tutulan kampaniya, sahibkarların bank filialına gəlmədən maliyyə vəsaitləri və xidmətlərindən daha sərfəli şərtlərlə istifadəsinə imkan yaradır. Biznes sahiblərinin həm vaxtına, həm də büdcəsinə qənaət etdirən əksər onlayn xidmətlər ilin sonunadək sahibkarlar üçün komissiyasız olacaq. 

Kampaniyada iştirak edən biznes sahibləri bu üstünlüklərdən faydalana biləcəklər:

- Əmək haqqı layihəsinə qoşulan müştərilər əməkdaşları üçün limitsiz sayda kartı komissiyasız sifariş edə biləcəklər;

- İlk dəfə biznes kart sifariş edən yeni müştərilər kartları komissiyasız əldə edəcəklər;  

- Qısamüddətli kreditləri onlayn rəsmiləşdirən bütün müştərilər üçün kredit komissiyasız olacaq.

Qeyd edək ki, Unibank son illərdə biznes sahiblərinə təqdim etdiyi onlayn məhsul və xidmətlərin siyahısını xeyli genişləndirib. Hazırda biznes sahibləri bir çox bank xidmətlərindən onlayn formada istifadə edə bilirlər. Son bir ilin müqayisəsi göstərir ki, Unibank tərəfindən biznes sahiblərinə göstərilən bir sıra xidmətlərdə onlayn xidmətin payı 90%-dək artıb. Yaxın aylarda daha bir neçə məhsul və xidmətin onlayn formada sahibkarların istifadəsinə verilməsi planlaşdırılır. 

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftəiçi saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, 16 saylı, “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də “Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər. Bankın biznes məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan və  bankın saytından (https://www.unibank.az/az/corporate/index) əldə etmək olar.

Unibank- Sənin Bankın! 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment