1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibankda mikro kreditlərin 25%-i avtomatlaşdırılmış sistemlə ayrılır
15.10.2021

“Unibank”ın ötən aydan mikro və kiçik sahibkarların istifadəsinə verdiyi avtomatlaşdırılmış kredit sistemi biznes sahiblərinin işini xeyli asanlaşdırıb. Bank bazarında hələ ki yeni olan bu xidmət, sahibkarların zamanına xeyli qənaətə və biznes sahəsindən ayrılmadan, rahatlıqla kredit əldə etmələrinə imkan yaradır. Biznes sahibləri tərəfindən çox yüksək dəyərləndirilən avtomatlaşdırılmış kredit sistemi, sahibkarların kredit əldə etmək üçün filiallarda vaxt itirməsinin qarşısnı alır. Bank əməkdaşı birbaşa sahibkarın obyektinə gedərək bütün məlumatları planşet vasitəsi ilə mikroportala daxil edir, məlumatlar anında bankın sisteminə ötürülür, sistem məlumatları təhlil edərək sahibkara ayrılan kredit məbləğini dərhal müəyyən edir. Üstəlik, kredit sahibkara kartla və zaminsiz ayrılır. 

Xidmətin istifadəyə verildiyi ötən müddət ərzində mikro və kiçik sahibkarlara ayrılan kreditin 25%-dən çoxu avtomatlaşdırılmış sistem vasitəsilə ayrılıb. İlin sonunadək bu göstəricinin 50%-i ötməsi planlaşdırılır. Artıq “Unibank”ın bölgə filiallarında da biznes kreditlərinin  avtomatlaşdırılmış sistem vasitəsilə ayrılmasına başlanılıb. Yeni sistemin sahibkarlar üçün daha bir üstünlüyü onların gələcəkdə də kredit üçün banka gəlmək zərurətini aradan qaldırmasıdır. Avtomatlaşdırılmış sistemlə ayrılan kreditlər kartla verildiyindən, sahibkar bir telefon zəngi ilə növbəti kredit istəyini bildirir və kredit məbləği avtomatik həmin karta daxil edilir. Yəni bu layihə sahibkarın istədiyi vaxtda maliyyə vəsaitinə çıxışını təmin edir, vaxt itkisinin qarşısını alır və zamin axtarmasına ehtiyac qalmır.

 “Unibank”ın sərfəli biznes kreditlərindən və xidmətlərindən faydalanmaq istəyən sahibkarlar həftə içi  bankın “Sumqayıt”, “Xırdalan”, “Əcəmi”, “İnşaatçılar”, “Əhmədli”, “Bakıxanov”, “Mərdəkan”, “Nərimanov”, “Neftçilər”, “Quba”, “Xaçmaz”, “Şəki”, “İsmayıllı”, “Bərdə”, “Şəmkir”, “Gəncə”, “Kəpəz”, “Tovuz”, “Mingəçevir”, “Salyan” və “Lənkəran” filiallarına müraciət edə bilərlər.  

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az,  https://www.instagram.com/unibank.az/https://twitter.com/unibank)əldə etmək olar.

Unibank - Sənin Bankın!

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment