1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Məktəblilər arasında “AZERCELL CUP” proqramlaşdırma üzrə müsabiqənin final mərhələsi baş tutdu
14.10.2021

Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsi və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı “Azercell Telekom” MMC-nin proqramlaşdırma üzrə elan etdiyi “AZERCELL CUP” müsabiqəsinin final mərhələsi keçirilib. ADA universitetində 6-8-ci sinif şagirdləri arasında baş tutan müsabiqədə iştirakçılara həll edilməsi üçün 5 alqoritmik məsələ və 3 saat vaxt verilib. Yarışın sonunda nəticələr və medalçılar elan olunub. Xatırladaq ki, müsabiqəyə qeydiyyat https://www.olimpiada.edu.az

saytı üzərindən aparılıb. Birinci tur onlayn şəkildə iyun ayının 27-də baş tutub. Müsabiqənin əsas məqsədi rəqəmsal texnologiyalara, informatika elminə, kompüter mühəndisliyi və proqramlaşdırmaya marağı olan məktəblilərə dəstək olmaqdır. Həmçinin müvafiq sahələr üzrə məntiqi təfəkkürün inkişaf səviyyəsi,  alqoritmik düşünmə qabiliyyəti və problem həlli bacarığı ilə fərqlənən  şagirdləri müəyyənləşdirərək onları həvəsləndirmək, beynəlxalq olimpiadalara hazırlıq məşğələlərinə cəlb etmək, onların fərdi və elmi inkişafına töhfə verməkdir. 

2017-ci ildən etibarən məktəblilərimizin Beynəlxalq İnformatika Olimpiadalarına hazırlıq prosesi Azercell şirkətinin köməyi ilə həyata keçirilir və onların inkişafı üçün təşəbbüslər davamlı olaraq dəstəklənir. Şirkət Azərbaycanın müxtəlif bölgələrindən və paytaxt məktəblərindən onlarla şagirdin hazırlıq prosesinə cəlb edilməsinə yardımçı olur. Belə ki, hazırlıqdan keçən şagirdlərimiz mötəbər beynəlxalq bilik yarışlarında yüksək nəticələr əldə edirlər. İndiyədək azərbaycanlı şagirdlər informatika fənni üzrə bilik yarışlarında 27 medal qazanıblar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment