1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank sahibkarlara dəstək olmaqda davam edir
13.10.2021

Azərbaycanda mikromaliyyələşdirmə lideri olan AccessBank, həm daxili, həm də xarici vəsaitlər hesabına ölkədə kiçik və orta sahibkarlığın inkişafına dəstək olmaqda davam edir. Xarici vəsaitlər müvafiq dövlət fond və agentliklərinin hesabına sahibkarlara təklif olunur. AccessBank-ın bu istiqamətdə əməkdaşlıq etdiyi dövlət qurumlarından biri də Sahibkarlığın İnkişafı Fondudur (SİF). Fond cari ilin 1 oktyabr tarixinə güzəştli kreditlər üzrə ən çox sayda kredit verən 5 müvəkkil kredit təşkilatının adını açıqlayıb. AccessBank siyahıda ilk pillədə qərarlaşıb. Belə ki, Bank cari dövr ərzində 273 sahibkar 5 000 000 AZN dəyərində güzəştli kredit təqdim edib.  

SİF-in sahibkarlar üçün nəzərdə tutulmuş digər məhsulu isə zəmanətli kreditdir. 2021-ci ilin 9 ayı ərzində bu məhsul üzrə 95 sahibkara 15 117 000 AZN dəyərində kredit təqdim edilib. 

Hər iki kredit növü üzrə ümumilikdə sahibkarlara 20 117 000 AZN dəyərində vəsait verilib. Tərəflər arasında əməkdaşlıq çərçivəsində bank pandemiyadan zərər çəkmiş sahibkarlara dövlət zəmanətli və ya güzəştli kreditlərin ayrılmasını davam etdirir.

“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.  

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment