1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell Tokio-2020-nin qaliblərini təbrik etdi
13.10.2021

Şirkət beynəlxalq olimpiadada öz qələbəsilə Azərbaycan bayrağını zirvələrdə dalğalandıran olimpiya və paralimpiya medalçılarını dəyərli hədiyyələrlə mükafatlandırdı

Tokio-2020 Yay Oyunlarında Azərbaycan Milli Olimpiya və Milli Paralimpiya Komandalarının Məğrur Tərəfdaşı kimi çıxış edən Azercell ölkəmiz üçün böyük uğurla nəticələnən bu əhəmiyyətli yarışın medalçılarını bir araya toplayaraq təbrik etdi.  

Oktyabr ayının 12-də Azercell şirkətinin prezidenti Zərinə Zeynalova, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyevin iştirakı ilə keçirilən görüşə Tokio-2020 Olimpiya və Paralimpiya Oyunlarının mükafatçısı olan idmançılar da qatıldı. Tədbirdə qonaqları salamlayan Azercell şirkətinin prezidenti Z. Zeynalova öz çıxışında bildirdi ki, 23 olimpiyaçı və paralimpiyaçılarımızın müxtəlif idman növlərində toplam olaraq 26 medal qazanması ölkəmiz üçün böyük bir fəxrdir: “Yarışlara qatılan və mükafat alan bütün idmançılarımız, xüsusilə də bu il rekord sayda qızıl medal qazanaraq Azərbaycanın adını 10 lider ölkə sırasına daxil edən paralimpiyaçılarımzla qürur duyur, onları ürəkdən təbrik edir və müvəffəqiyyətlər arzulayıram! Tokio-2020 çərçivəsində Azercell-i Məğrur Tərəfdaş kimi dəvət edən Azərbaycan Milli Olimpiya Komitəsinə və Milli Paralimpiya Komitəsinə əməkdaşlığa görə təşəkkür edirəm!” 

Tədbirdə, həmçinin, Azərbaycanın Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov da söz alaraq ölkəmizdə olimpiya və paralimpiya hərəkatlarına olan dəstəyə görə təşəkkürünü bildiriblər. Ç.Hüseynzadə qeyd etdi ki, Olimpiya və Paralimpiya Komandasının Tokio 2020 Oyunlarındakı iştirakı və yarışların nəticələrinin Azərbaycan, eyni zamanda dünyaya çatdırılmasında ölkənin bir nömrəli mobil operatoru olan Azercell şirkətinin böyük zəhməti var.

Tədbirdə bütün qalib idmançılara “Azercell Telekom” adından sertifikatlar və dəyərli hədiyyələr təqdim olundu. 

Xatırladaq ki, Tokio-2020 Olimpiya və Paralimpiya oyunlarında Azərbaycanın Milli Olimpiya yığması 3 gümüş və 4 bürünc medal, Milli Paralimpiya Yığması isə 14 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Ümumilikdə, Azərbaycan idmançıları ölkəmizə 14 qızıl, 4 gümüş və 7 bürünc medalla qayıdıblar.

Məlumat üçün bildirək ki, Azercell 2004-cü ildə Afinada keçirilən yay oyunlarında Azərbaycanın Milli Olimpiya Yığmasının tərəfdaşı olmuşdur. Bundan başqa, Azercell 2014-cü ildən etibarən Uşaq Paralimpiya Komitəsinin sponsorudur. Bu komitədə yetişmiş idmançılar ayrı-ayrı illərdə ölkəmizə beynəlxalq turnirlərdə müxtəlif medallar qazandırıb. 

 






     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment