1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


BAKIDA V BEYNƏLXALQ BANKÇILIQ FORUMU KEÇİRİLƏCƏK
12.10.2021

8-9 Dekabr tarixlərində Azərbaycanın Bakı şəhərində keçiriləcək.

“MasterCard” tərəfdaşlığı çərçivəsində 8-9 Dekabr tarixlərində Azərbaycanın Bakı şəhərində keçiriləcək olan 5-ci BEYNƏLXALQ BANKÇILIQ FORUMUNU (BBF) təqdim etməkdən məmnunluq duyuruq. Tədbir sərgi zalı və sessiyaları ilə onsite keçiriləcək, bununla yanaşı onlayn təqdimatlar və onlayn iştirak imkanı da mövcud olacaq.  

Forum “NAĞDSIZ İQTİSADİYYAT: ETİBARLI, TƏHLÜKƏSİZ VƏ DAYANIQLI” mövzusunda keçiriləcək.

Biz hamımız üz-üzə görüşə bildiyimiz, xüsusi anları və əsl atmosferanı yaşaya bildiyimiz onsite tədbirlərimizdən ötrü darıxmışdıq. Artıq bu tədbirlər geri qayıdır.

İki günlük bu tədbir Bakıda illik olaraq təşkil edilən iki tədbirdən biridir və regionun ən qabaqcıl maliyyə və bankçılıq tədbiridir. Linkə daxil olaraq bütün tədbirlərimizlə tanış ola bilərsiniz:

https://www.gbmevents.az/en/events

Kifayət qədər tarixə malik olan Forum, bütün maraqlı tərəflərin görüşdüyü, yeni fikirlər, təcrübələr, məhsullar təqdim etdiyi, bir -birindən öyrəndiyi, şəbəkə qurduğu və maliyyə texnologiyalarına, rəqəmsallaşmaya, ödəniş ekosisteminə daha dərindən daxil olduğu mükəmməl bir platforma olaraq özünü göstərdi. Tədbirdə tərəfdaşlar və iştirakçılar üçün həmişə yeni imkanların olması bizi ilhamlandırır.

BBF və FINTEX SUMMIT Azərbaycanda bütün bankların icraçı direktorlarının iştirak etdiyi yeganə maliyyə tədbirləridir.

Forum tənzimləyici qurumların, maliyyə texnologiyaları şirkətlərinin, assosiasiyaların baş menecerlərini, beynəlxalq maliyyə institutlarının, yerli səfirliklərin nümayəndələrini, akademikləri, tanınmış şirkətləri, qərar qəbul edənləri və inflyuenserləri bir araya gətirir.

Forum çərçivəsində aşağıda qeyd olunan mövzular ətrafında müzakirələr aparılacaq:

Rəqəmsal Bank

Hər Cihazda Bankçılıq

Platforma Bankçılığı və Rəqəmsal Ekosistem

İnnovativ Ödəniş Ekosistemi

Rəqəmsal Valyutalar: Mərkəzi Banklara gedən yol

Blokçeyn Texnologiyası: Maliyyə Xidmətlərində Tarixi Layihələr

Təkmilləşən Ekommersiya: Artan Tələb

Komplaynsa Fokuslanma

Distant Bankçılıq: Təhlükəsiz İdentifikasiya

Yeni Normal: Yeni Kibertəhlükəsizlik Trendləri

Qeyd edək ki, bütün iştirakçıların COVID passportu olmalıdır.

Buradan Azərbaycan Respublikasına daxil olma qaydalarına nəzər sala bilərsiniz.:  https://www.azal.az/en/offer/575 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment