1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi və Dövlət Miqrasiya Xidməti miqrasiya üzrə təlimi təşkil etdi
30.09.2021

Sentyabrın 28-də BMqT-nin Azərbaycan nümayəndəliyi Dövlət Miqrasiya Xidməti (DMX) ilə birgə “Miqrasiyaya giriş: mütəxəssislər, tədqiqatçılar, tələbələr, məzunlar, “Miqrasiya Məktəbi” layihələrinin iştirakçıları, Miqrasiya könüllüləri və digər dövlət qurumlarının könüllülərindən ibarət olan 15 nəfər iştirakçının qatıldığı təlim Miqrasiya üzrə Regional Təlim Mərkəzində təşkil olunmuşdur. 

Açılış mərasimində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb, təlimin əhəmiyyətindən söhbət açıblar.

BMqT-nin Azərbaycanı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev miqrasiya üzrə yeni nəsl mütəxəssislərin yetişdirilməsi baxımından tələbələrə, miqrasiya könüllülərinə miqrasiya mövzusunda mühazirə və müzakirələrdə iştirak etmək imkanının yaradılmasının vacibliyini vurğuladı: "Miqrasiya haqqında ilkin məlumatlar verən bu təlim aysberqin görünən kiçik bir hissəsinə bənzəyir. Sonrakı təlimlərə qatılmaqla bilgilərinizi daha da dərinləşdirə və nəticədə miqrasiya sahəsində bacarıqlı mütəxəssis olmağa imkan qazana biləcəksiniz". 

BMqT-nin eksperti və DMX-nin mütəxəssisləri tərəfindən aparılan təlim kursu, “Miqrasiyaya giriş”, “BMqT-nin miqrasiya idarəçiliyində rolu: Miqrasiya üzrə Qlobal Pakt”, “Dövlətlərin miqrasiya idarəçiliyində rolu - Azərbaycanla bağlı kazuslar”, “Azərbaycanda miqrasiya siyasətinin praktiki aspektləri” mövzularını əhatə edirdi. 

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olundu. 

Qeyd edək ki, hazırda BMqT-nin Azərbaycan nümayəndəliyi və DMX BMqT-nin İnkişaf Fondu tərəfindən maliyyələşdirilən “Azərbaycanda miqrasiya üzrə regional təlim mərkəzinin yaradılmasına dəstək” layihəsini həyata keçirir. 

Layihə, regionda miqrasiya sahəsində hökümətlər və maraqlı tərəflər arasında geniş məlumat mübadiləsi, araşdırma və dialoqa xidmət edəcək miqrasiya üzrə regional təlim mərkəzi vasitəsilə Azərbaycan, MDB və digər xarici ölkələrdə miqrasiya idarəçiliyi sahəsində regional təhsil potensialını və əməkdaşlığı artırmağı hədəfləryir. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment