1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Pakistan və Azərbaycanın biznesə dəstək təşkilatları əməkdaşlığı genişləndirməyi müzakirə etdilər
30.09.2021

Pakistan Və Azərbaycanın Biznesə Dəstək Təşkilatları əməkdaşlığı Genişləndirməyi Müzakirə Etdilər

Sentyabrın 30-da Azərbaycan-Pakistan İqtisadi Əməkdaşlıq Palatasının prezidenti, eyni zamanda “Grand Thoronton” şirkətinin Azərbaycan ofisinin rəhbəri Xürrəm Bhatti ilə Azərbaycan Sahibkarlar Konfederasiyasında görüş keçirilmişdir. Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev qardaş ölkənin nümayəndə heyəti ilə görüşməkdən məmnun olduğunu ifadə edərək, biznes imkanları, dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün görülən işlər, respublikaya xarici investisiyaların cəlb edilməsinə yaradılan münbit şərait, eyni zamanda Azərbaycan Sahibkarlar Konfederasiyasının strukturu və üzv tərkibi haqqında qonaqlara ətraflı məlumat verib.

Xürrəm Bhatti çıxışında Pakistan və Azərbaycan arasında gələcək əməkdaşlığa hər iki ölkə prezidentinin xüsusi diqqət ayırdığını nəzərə çatdırıb. “Azərbaycan-Pakistan arasında ticarət dövriyyəsinin həcmi 2020-ci ildə 13,3 milyon dollardır və bu rəqəm ölkələrimiz arasında sıx əməkdaşlığın bugünkü səviyyəsinə uyğun deyil”.

X.Bhatti Azərbaycanın yerləşdiyi coğrafi mövqe və iqtisadi potensiala uyğun olaraq, Pakistanın qonşu ölkələrə çıxışı üçün regional mərkəz rolunu oynaya biləcəyini qeyd edib. Onun sözlərinə görə, iri müəssisələrlə əməkdaşlıq etməklə Azərbaycandan Pakistana kənd təsərrüfatı məhsullarını ixrac etmək, eyni zamanda Azərbaycanda yüngül sənaye və əczaçılıq sahələrində birgə müəssisələr yaradılması üçün artıq işlərə başlanılıb. Palata rəhbəri 2021-ci ilin sonuna qədər Azərbaycandan Pakistana bir, Pakistandan Azərbaycana isə iki biznes heyətinin səfərinin planlaşdırıldığını söyləyib.

Tərəflər əməkdaşlıq memorandumu imzalamaq barədə razılığa gəliblər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment