1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Şərq Tərəfdaşlığı ölkələrində rəqəmsal texnologiyaların inkişafına həsr olunmuş konfransda...
30.09.2021

Şərq Tərəfdaşlığı ölkələrində rəqəmsal texnologiyaların inkişafına həsr olunmuş konfransda önümüzdəki onillik ərzində əsas çətinliklərin aradan qaldırılması müzakirə olunub

Sentyabrın 27-də Şərq Tərəfdaşlığı ölkələrində rəqəmsal texnologiyaların inkişafına həsr olunmuş ilk konfrans keçirilib və tədbirdə sözügedən ölkələrdən və Aİ-dən rəsmi şəxslər, Şərq Tərəfdaşlığı ölkələrində rəqəmsal transformasiya məsələsi ilə məşğul olan digər dövlət və özəl maraqlı tərəflər daxil olmaqla, 300-ə yaxın şəxs iştirak edib.

Gürcüstan və Moldova üzrə C1 Bölməsinin yeni rəhbəri və Avropa Komissiyasının DG NEAR direktoratlığı yanında İqtisadi investisiya planının rəhbəri Diana Yablonska iştirakçıları salamlayaraq bu sözləri deyib: "Rəqəmsal transformasiya Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə proqramının əsas elementidir və bərpa, dayanıqlıq və islahatlar üçün əsas prioritetləri dəstəkləyəcək".

Bu həftə keçiriləcək EU4Digital Proqramının Koordinasiya Komitəsinin iclasının açılış tədbiri qismində təşkil olunan bu virtual konfrans pandemiya səbəbindən ictimaiyyətin diqqətinin rəqəmsal texnologiyalara yönəldiyi bir vaxtda baş tutub. 

“Bir anlıq rəqəmsal texnologiyalar olmadan bu pandemiya dövründə yaşadığımızı təsəvvür edin ...". Avropa Komissiyasının prezidenti Ursula von der Leyenin keçən il İttifaqın vəziyyətinə dair çıxışında dediyi bu sözləri Avropa Komissiyasının DG NEAR direktor müavini Katarina Maternova konfransın açılış nitqində söyləyib və Aİ-nin 2020-ci ildən sonra Şərq Tərəfdaşlığı üzrə prioritetlər çərçivəsində təyin etdiyi rəqəmsal hədəflər haqqında danışıb. 

"Pandemiyadan sonra bərpa prosesini daha tez həyata keçirmək üçün rəqəmsal texnologiyaların təqdim etdiyi imkanlardan yararlanmalıyıq", - deyə o, vurğulayıb.

Tədbirin açılışında EY-nin qlobal rəqəmsal və yeni texnologiyalar sahəsində rəhbəri Aleksandr Poneverski "Rəqəmsallaşma erasında limitsiz sürət" mövzusunda çıxış edib. O, 2020-ci ildə Əşyaların interneti sahəsində qlobal lider və eyni adlı kitabın müəllifidir.

Rəqəmsal texnologiyaların inkişafını dördüncü sənaye inqilabı adlandıran Poneverski, son texnoloji dəyişikliklərin sürətini və qarşıda duran çətinlikləri dilə gətirib. “Rəqəmsal transformasiya hazırda baş verir, gələcəyin texnologiyaları bu gün yaradılır və gələcək nəsil - Z nəsli 2030-cu ilə qədər işçi qüvvəsinin 40%-ni təşkil edəcək gələcək müştəri, işçi, menecer və liderdir”.

Ponevierski, yerdəyişməni, bulud texnologiyasını, süni intellekti və Əşyaların internetini, önümüzdəki illəri formalaşdıracaq dörd böyük yeni texnologiya olduğunu qeyd edib və bu texnologiyaların sinerji şəklində necə çalışdığını izah edib. 

"Cazibə qüvvəsinə nifrət edə bilərsiniz, ancaq cazibə qüvvəsi buna əhəmiyyət vermir" ifadəsi ilə məşhurlaşan və "dağıdıcı innovasiya" nəzəriyyəsini inkişaf etdirən Amerikalı biznes məsləhətçisi Klayton Kristensendən sitat gətirən Poneverski rəqəmsal transformasiyadan uğurla istifadə etmək üçün "düşüncə tərzini dəyişməyin" vacibliyini və innovativ təşkilatların uğur qazanması üçün doğru qaynaqlara, doğru proseslərə və hər şeydən əvvəl doğru dəyərlərə ehtiyac olduğunu vurğulayıb.

EU4Digital: telekommunikasiya, İKT və elektron kommersiya sahəsində təsirlər

Sonra çıxış edən EU4Digital proqramının üç aparıcı mütəxəssisi, telekommunikasiya infrastrukturu və tənzimlənməsi, İKT ekosistemləri və onlayn ticarət üzrə elektron kommersiya texnoloji həlləri kimi əsas sahələrdə EU4Digital proqramının əhəmiyyətini və prioritetlərini vurğulayıblar.

EU4Digital Proqramının Telekommunikasiya qaydaları üzrə rəhbəri Andreys Dombrovskis "Telekommunikasiya infrastrukturu: rouminq xidmətinin pərakəndə qiymətlərinin azaldılması, 5G texnologiyası və əlverişli yüksək sürətli internetin əsasının qoyulması" mövzusunda çıxış edib. O, sabit telefon xidmətinin göstərildiyi ənənəvi telekommunikasiya istehlakçısından "istədiyini bilmək üçün lazımi bacarıqlara sahib olan müştərilərin operator olduğu" bir dünyada yaşadığımızı və əlçatan məzmunun şəbəkələrdən istifadəni stimullaşdırdığını qeyd edib. 

Dombrovskis sürətlə dəyişən bu mühitdə davamlı rəqabət modellərinin və hökumət, xidmət təminatçıları və istehlakçılar arasında vasitəçilik edən güclü, balanslaşdırılmış tənzimləmənin əhəmiyyətinə diqqət çəkib. O, konfrans iştirakçılarının diqqətini Şərq Tərəfdaşlığı ölkələrində tənzimləyici bazanı nəzərdən keçirməyə və gücləndirməyə davam etmək, davamlı rəqabəti təmin etmək üçün ağıllı investisiya və bazarın inkişafı, rəqəmsal xidmətlər vasitəsi ilə istifadəçilərin səlahiyyətlərinin artırılması və genişzolaqlı rabitənin inkişafının monitorinqi kimi məsələlərə yönəldib. 

Avropa İnnovasiya Şurasında İKT üzrə strateji məsləhətçi və EU4Digital proqramının aparıcı məsləhətçilərindən olan Çus Lozano "Rəqəmsal fiziki şəxsdən rəqəmsal biznesə" adlı təqdimatında Şərq Tərəfdaşlığı ölkələri ilə Aİ daxilində müqayisə edilə bilən Şərqi Avropa ölkələri arasındakı sahibkarlıq İKT ekosistemlərindəki boşluğu araşdırmağa çalışıb. Daha sonra o, innovativ startaplar yarada, səlahiyyətləndirə və stimullaşdıra bilən hökumətə məxsus ekosistem qurucularının köməyi ilə bilik, kapital, bazar və resurslar sahələrində ekosistemlər inkişaf etdirərək önümüzdəki on il ərzində regionda uğurlu startapların sayını artırmaqla bağlı Aİ-nin iddialı məqsədini açıqlayıb. 

Pandemiyanın ən gözəçarpan təsirlərindən biri, elektron kommersiyanın inkişafının sürətlənməsi olub və indi Aİ, Aİ ölkələri ilə Şərq Tərəfdaşlığı ölkələri arasında elektron kommersiyanın həcmini 50% artırmağı qarşısına məqsəd qoymuşdur. EU4Digital proqramının elektron ticarət üzrə aparıcı eksperti Valter Trezek "Elektron kommersiya üzrə pilot layihələr Aİ və ŞT arasında elektron ticarəti necə asanlaşdıra bilər" adlı təqdimatla çıxış edib. O, EU4Digital proqramının Şərq Tərəfdaşlığı ölkələrindəki KOB-ların məhsullarını beynəlxalq elektron bazarda satışa çıxarılması və satılmasına kömək etmək və rəqəmsal anbarı uğurla sınaqdan keçirmək üçün elektron ticarət üzrə dəyər zənciri və problemləri, yəni uyğunlaşmanın və məlumatlılığın olmaması ilə bağlı təhlilinə necə əsaslandığını izah edib. Sözügedən rəqəmsal anbar üzrə texnoloji həll satıcılara bazarlar, gömrük və transsərhəd elektron kommersiya üzrə çatdırılma xidmətləri üçün lazımi məlumatları daxil etmək üçün vahid mərkəz rolunu oynayır. 

EDTECH: 1 milyon ŞT vətəndaşının rəqəmsal texnologiyalar cəhətdən səlahiyyəltəndirilməsi

Daha sonra konfrans "EDTECH: 1 milyon ŞT vətəndaşının rəqəmsal texnologiyalar cəhətdən səlahiyyəltəndirilməsi" mövzusunda panel müzakirələr ilə davam edib. Ukraynanın Rəqəmsal transformasiya nazirliyi yanında Avrointeqrasiya üzrə nazirin müavini Valeriya Yonan, DG EAC-də İnnovasiyalar, rəqəmsal təhsil və beynəlxalq əməkdaşlıq üzrə rəhbər Antoaneta Angelova- Krasteva, EY Partnyoru və Qlobal Öyrənmə Lideri Riaz Şah, 

Hökumət üçün Coursera təşkilatının strateji inkişaf üzrə mütəxəssisi Stefen Somervil və BMTİP-nin Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin İnnovasiya rəhbəri Leyla Sadiku bu müzakirələrdə iştirak edib.

Bütün məruzəçilər rəqabət qabiliyyətinin təmin olunması baxımından rəqəmsal texnologiyalar sahəsində məlumatlılığın əhəmiyyətini, o cümlədən dövlət və özəl sektor arasında tərəfdaşlığın əhəmiyyətini vurğulayaraq Aİ-də beynəlxalq və korporativ səviyyədə qabaqcıl təcrübələri ön plana çəkiblər. Valeriya Yonan Ukraynada hesabların onlayn qaydada ödənilməsindən və ya onlayn dərslərin keçirilməsindən süni intellektə qədər müxtəlif problemləri həll edən bir sıra onlayn təhsil sahələrinə əsaslanan uğurlu "DIIA rəqəmsal təhsil layihəsi" haqqında danışıb. Antoaneta Angelova-Krasteva "sektorlardan və sərhədlərdən asılı olmayaraq maraqlı tərəflər arasında əməkdaşlığa ehtiyac olduğunu" vurğulayaraq müzakirəni yekunlaşdırıb və Şərq Tərəfdaşlığı ölkələrinin Aİ proqramları çərçivəsində mövcud olan imkanlardan ən yaxşı şəkildə istifadə etməyə çağırıb.

Həyati vacib məsələ

Avropa Komissiyasının Genişlənmə Məsələləri və Qonşuluq Siyasəti üzrə Baş Direktoratı (DG NEAR) yanında A3 Bölməsinin rəhbəri Matye Buske konfransın sonunda "rəqəmsallaşmanın həyati vacib bir məsələ olduğunu" deyib. "Bu, daha yaxşı bərpa üçün imkanlar təqdim edən bir keçid prosesidir. Biomüxtəliflikdə olduğu kimi, növlərin nə ən güclüləri, nə də ən ağıllıları sağ qalır. Dəyişikliyə ən yaxşı uyğunlaşanlar sağ qalır". 

EU4Digital proqramı çərçivəsində əldə edilən nəticələrə yekun vuraraq, proqramın fəaliyyətinin telekommunikasiya qaydaları, etimad və təhlükəsizlik, e-ticarət, İKT və innovasiyalar, e-səhiyyə və e-hökumət sektorlarında "yetkinlik səviyyəsinə nail olunduğunu və gözəçarpan nəticələr verdiyini" söyləyib. O, eyni zamanda bu nəticələrin Aİ və qlobal meyarlara qarşı Aİ həlləri və qiymətləndirmələrini yenidən istifadə edərək, digər beynəlxalq təşkilatlarla tərəfdaşlıq əlaqələrini inkişaf etdirərək və Şərq Tərəfdaşlığı ölkələrinin Aİ-nin rəqəmsal bazarlarına, Aİ-nin dəyər zəncilərinə və Aİ iqtisadiyyatına inteqrasiyasını dəstəkləyən konkret həllər hazırlayaraq inteqrasiya üçün daha davamlı bir zəmin yaratdığını ifadə edib. 

Buske həmçinin əlavə edib: "İnanıram ki, Aİ-nin rəqəmsal bazarına inteqrasiya dərhal və ya tək bir plana uyğun olmayacaq. Bu, ilk olaraq faktiki həmrəylik yaradacaq konkret nailiyyətlərə əsaslanacaq". EU4Digital proqramı bu prosesdə çox mühüm rol oyanyır.

Şərq Tərəfdaşlığı ölkələrində rəqəmsal texnologiyaların inkişafına həsr olunmuş konfransın video çəkilişinə buradan baxa bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment