1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Dr.Emin Hacıbalayev: “Kəskin ürək ağrıları zamanı tibbi yardımın gecikdirilməsi xəstənin həyatda qalma şansını azaldır”
29.09.2021

29 sentyabr – Ümumdünya Ürək Günü çərçivəsində Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu Dr.Emin Hacıbalayev ona ünvanlanan sualları cavablandırıb.

- Ürəklə bağlı hansı əlamətləri hiss etdikdə kardioloqa müraciət etmək lazımdır?

- Hər şeydən əvvəl, bu əlamət döş qəfəsinin sol tərəfində və ya döş sümüyünün arxasındakı ağrıdır. Ürək nahiyəsində yaranan kəskin ağrı sol qola və çənəyə də keçə bilir. İlk yardım kimi nitroqliserin verdikdən sonra ağrı yüngülləşmirsə, həkimə müraciət etmək, bu gec olarsa, vaxtı itirmədən təcili yardım çağırmaq lazımdır.  

Daha bir əlamət özünü fiziki işlə məşğul olan zaman göstərir. Məsələn, ürək bölgəsində fiziki gərginlik zamanı yaranan və istirahət edərkən keçən sıxıcı ağrı. Bu əlamət də həkimə müraciət etmək üçün göstərişdir. Başqa bir mühüm əlamət – təngnəfəslik və ya havanın çatmaması hissidir. Ayaqların şişməsi qeyri-spesifik əlamətdir, adətən axşam başlayır və səhərə qədər keçib gedir. Digər bir əlamət ürəyin fəaliyyətində ritm pozulmalarıdır: artan ritm, dayanmalar, aritmiya. Daha bir vacib və həyəcan verici əlamət huşun itməsidir.

- Miokard infarktı zamanı ilk yardımı necə göstərmək lazımdır?

- Miokard infarktının ilk əlaməti döş sümüyü arxasında (döş qəfəsinin orta hissəsində) kəskin ağrının baş verməsidir. Bu zaman ağrı çox güclü olub, yandırıcı şəkildə hiss edilir. Bəzən ağrı hissi o qədər dözülməz olur ki, xəstə qışqırmağa məcbur olur. Ağrı sol qola, çiyinə, kürəyə, aşağı çənəyə, boyuna, kürəklərarası sahəyə də yayıla bilər. 

Digər bir halda miokard infarktı zamanı ağrı yox, döş qəfəsində narahatlıq – kəskin sıxılma, təzyiq, ağırlıq hissi yarana bilər. Ağrı bəzi hallarda ürəkbulanma, qusma, soyuq tər, həyəcan, ölüm qorxusu, ürək ritminin pozulması, nəfəs almanın çətinləşməsi, huşun itməsi ilə müşayiət oluna bilər. Ancaq bəzən insan heç bir əlamət hiss etmədən də miokard infarktı keçirə bilər. Bu, miokard infarktının ağrısız formasıdır və bir çox hallarda uzun müddət şəkərli diabeti olan xəstələrdə müşahidə edilir.

İlk yardım kimi nitroqliserin qəbul etdikdən sonra da ağrı keçmirsə və 15 dəqiqədən artıq davam edirsə, tez bir zamanda təcili yardım çağırmaq lazımdır. Vaxt itirərək ağrıya dözmək məsləhət deyil! Kəskin ürək ağrıları zamanı tibbi yardımın gecikdirilməsi xəstənin həyatda qalma şansını azaldır. Miokard infarktı zamanı bu şans tibbi xidmətlərin vaxtında göstərilməsindən asılı olur.

Təcili yardım həkimi gələnə qədər baş hissəsi bir qədər yüksəkdə olmaqla xəstəni yatağa uzatmaq, onun üçün tam sakitlik yaratmaq, otağın nəfəsliyini və ya pəncərəsini açmaq lazımdır. Xəstəyə dilinin altına qoymaqla nitroqliserin həbi vermək və onu tamamilə sormağı tapşırmaq lazımdır. İkinci həb 5 dəqiqədən sonra verilir. Bunu 3 dəfədən artıq təkrar etmək olmaz. Əgər nitroqliserin yoxdursa, onu validolla əvəz etmək olar. Mütləq xəstənin arterial təzyiqini ölçmək lazımdır. Çünki miokard infarktı zamanı arterial təzyiq kəskin şəkildə düşə bilər. Əgər belə hal baş vermiş olarsa, xəstəyə nitroqliserin və validol vermək olmaz.

Əks-göstəriş yoxdursa, xəstəyə 1 həb aspirin vermək olar (tromb yaranması prosesini zəiflətmək üçün). Əgər ağrı çox kəskin şəkildə davam edərsə, əks-göstəriş olmadığı halda xəstəyə analgin və ya baralgin həbləri vermək olar.

Əgər təcili yardım həkimi xəstəni müayinə etdikdən sonra miokard infarktı olduğuna şübhələnərsə, xəstə tez bir zamanda və yalnız xərəkdə ixtisaslaşmış tibb müəssisəsinə aparmalıdır.

- Miokard infarktı ilə ürək tutması arasında fərq nədən ibarətdir?

 - Miokard infarktı, əsasən ateroskleroz səbəbi ilə koronar damarların daralması nəticəsində meydana gələn miokardın qan təchizatının kəsilməsindən qaynaqlanır. Ürək tutması və ya qan dövranının dayanması isə, ürəyin təsirli bir şəkildə yığılmaması səbəbindən qan dövranının dayanmasıdır. 

Qan təchizatının kəsilməsi səbəbindən miokardın pozulmuş funksiyasına miokard infarktı, nasos funksiyasının pozulmasına görə qan dövranının dayanmasına ürək tutması deyilir. Ürək dayanması zamanı xəstə birdən yıxılır.  Miokard infarktı ürək tutmasının əsas səbəbidir.  Ürək tutması reanimasiya cəhdləri ilə müalicə olunur.

- Ürək xəstəsi olan insanların dərman qutusunda hansı dərmanlar mütləq olmalıdır?

Hər şeydən əvvəl, dərman qutusunda nitroqliserin (ağrını götürür), yüksək təzyiqi sürətlə aşağı salan dərman preparatları (hipertoniklər üçün), aspirin (tromb yaranmasını zəiflətmək üçün) olmalıdır. Dərman qutusunda həmçinin, qan təzyiqini ölçən cihaz – tonometr və terapevt tərəfindən təyin edilmiş dərmanlar olmalıdır. 

- Ürəyimiz nələri sevir və nələri qəbul etmir?

- Bütün digər orqanlar kimi ürəyimiz də sağlam qidalanmanı sevir (meyvə, tərəvəz, göyərti, giləmeyvələr, balıq məhsulları, dənli bitkilərdən hazırlanmış yarmalar, su və digər mayelər). Gündəlik 30-40 dəqiqəlik fiziki yüklənmə ola bilər, zərərli vərdişlərdən imtina, normal yuxu və stressdən uzaq olmaq ürək üçün xeyirlidir.

Bunun əksi olan hər şey – qeyri-sağlam qidalanma (konservləşdirilmiş məhsullar, yağlı, çox duzlu və qızardılmış qidalar, həddən artıq şirniyyat qəbulu, boya maddələri və ətirverici maddələr qatılan ərzaqlar), həmçinin, qeyri-aktiv, oturaq həyat tərzi, piylənmə, artıq çəki, siqaret çəkmə, alkoqollu içkilər ürəyin fəaliyyətini zəiflədir və ürək-damar xəstəliklərinə yol açır.


 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment