1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin dəstəyi ilə təlim keçirildi
28.09.2021

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi ABŞ-ın İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin nəzdnində olan İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinə insan alverinin mövcud və potensial qurbanlarının xidmətlərdən istifadəsini asanlaşdırmaq üçün Bakıdan kənarda olan icmalara, hakimiyyət orqanlarına, səhiyyə işçiləri və vətəndaş cəmiyyəti üzvlərinə təlim keçmək üçün dəstək verir. Bu məqsədlə İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi BMqT-nin dəstəyi ilə sentyabr ayının 28-də İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında “Səhiyyə işçiləri üçün insan alveri qurbanları ilə etik davranış qaydaları” mövzusunda maarifləndirici tədbir təşkil etmişdir.

Səhiyyə müəssisəsinin 24 nəfər əməkdaşlarının qatıldığı təlim səhiyyə işçilərinin insan alveri qurbanlarına qarşı etik müalicə təlimatları və qaydaları, məxfiliyin pozulmasına görə hüquqi məsuliyyətin mövcudluğu haqqında məlumatlarını artırmağa xidmət etmişdir.

Təlim zamanı iştirakçılara, həmçinin İnsan alveri haqqında, insan alveri qurbanları və potensial qurbanlar haqqında, insan alverinin ünsürləri, istismarın növləri, insan alverin qurbanlarının əlamətləri, həmçinin insan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı və bu sahədə mövcud olan qanunvericilik haqqında ümumi məlumat verildi. 

Təlimin sonunda insan alverinə qarşı mübarizə ilə bağlı videoçarx nümayiş olundu və kitabçalar və bukletlər paylanıldı. Təlim iştirakçılar tərəfindən verilən sualların cavablandırılması ilə yekunlaşdı. 

Qeyd edək ki, bundan əvvəl eyni tədbirlər Balakən və Şamaxı rayon xəstəxanalarının əməkadaşları üçün də keçirilmişdir. 

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin ABŞ-ın İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “İnsan Alverinə Qarşı Mübarizə Fəaliyyəti” layihəsi mövcud və potensial insan alveri, məcburi əmək və gender əsaslı zorakılıq  qurbanlarına yardım göstərən vətəndaş cəmiyyəti təşkilatlarının sığınacaqlarına texniki və maliyyə dəstəyi göstərir və insan alveri, məcburi əmək və gender əsaslı zorakılıq formaları ilə mübarizə sahəsində çoxtərəfli koordinasiya və əməkdaşlığın genişləndirilməsini dəstəkləyir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment