1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Kiçik Ürəklərdə Böyük Xatirələr” yaddaşlarda həkk olunacaq
27.09.2021

Azercell-in şəhid övladları üçün uzunmüddətli reabilitasiya proqramı uğurla həyata keçdi   

Əsas məqsədi ikinci Qarabağ müharibəsində şəhid olan hərbçilərimizin övladları üçün uzunmüddətli psixoloji reabilitasiya tədbirlərinin keçirilməsi olan “Kiçik ürəklərdə böyük xatirələr” layihəsi  “Azercell Telekom”-un dəstəyi və “GID CSR Consulting” şirkətinin peşəkar təlimçilərinin iştirakı ilə reallaşdı. Xatırladaq ki, 5-14 yaş arasında olan 300 şəhid övladı, eləcə də xanımlarının cəlb olunduğu layihə mart ayından etibarən bir neçə mərhələdən ibarət təlimlər və qrup çalışmalarını özündə birləşdirdi. 

Məsələn, “Art terapiya” (təsviri sənət terapiyası) uşaqlara musiqi, rəsm, hərəkət-rəqs, ədəbiyyat kimi incəsənət sahələri vasitəsilə öz duyğu və hisslərini ifadə etmək imkanı yaratdı. “Arzular ağacı” adlı təlimin köməyilə isə böyük sarsıntı yaşayan uşaqların üzləşdikləri psixoloji problemləri adlamaqlarına, gələcəkdə yarana biləcək daha ağır çətinliklərin qarşısını almağa şərait yarandı. “Uğur hekayəsi” istiqamətindəki təlimlərdə isə tanınmış şəxslər, böyük çətinliklər bahasına uğur qazanmağı bacaran peşəkarlarla görüşlər keçirildi.

Layihənin daha bir vacib məqsədi isə şəhid övladlarının qəhrəman ataları haqqında xatirələri bir kitab halında toplamaq oldu. Tezliklə həm çap, həm də elektron formatda işıq üzü görəcək həmin kitab həm şəhidlərin öz ailə üzvləri üçün bir xatirə toplusu, həm də cəmiyyətimiz üçün Vətənin igid oğulları barədə daha zəngin məlumat mənbəyi olaraq müxtəlif kitab mərkəzləri, eləcə də Bookmate mobil kitabxanasında yerləşdiriləcək. 

“Kiçik ürəklərdə böyük xatirələr” layihəsi hər bir azərbaycanlının rahat gələcəyi naminə torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçən mərd və yenilməz hərbçilərimizə və onların ailələrinə duyulan hörmət və qayğının kiçik nümunəsidir.

Şəhid hərbçilərimizin xanımları və layihə təşkilatçılarının təəssüratlarını əks etdirən videonu sizinlə də bölüşmək istərdik: 

https://youtu.be/P4X9ytuL9zQ


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment