1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


"ASAN Könüllülərinin Diplomatiya Günləri" layihəsinə start verilib
27.09.2021

"ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı, Bakı Ali Neft Məktəbinin və "Diplomatiya könüllüləri"nin tərəfdaşlığı ilə  "ASAN Könüllülərinin Diplomatiya Günləri" layihəsinə start verilib.

Layihənin açılış mərasimində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva,  “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova iştirak ediblər.

44 günlük Vətən müharibəsinə həsr olunmuş layihənin əsas məqsədi diplomatik-siyasi mübarizənin vacibliyinin müzakirəsi, beynəlxalq arenada Azərbaycanın haqlı mövqeyini konstruktiv şəkildə ifadə edə biləcək gənclər şəbəkəsinin formalaşdırılmasına dəstək verməkdir. Həmçinin diplomatik fəaliyyətin gənclərə aşılanması, onların siyasi biliklərinin artırılması, sərbəst müzakirə və natiqlik bacarıqlarının təkmilləşdirilməsi əsas hədəflərdir.

Layihə çərçivəsində diplomatiyanın müxtəlif istiqamətləri, ictimai, hərbi, iqtisadi, mədəni və parlament diplomatiyası üzrə həftələrin keçirilməsi nəzərdə tutulur.

Həmçinin layihə müddətində iştirakçılar tərəfindən elmi araşdırma işinin hazırlanması və müxtəlif ekskursiyalar nəzərdə tutulur. 

Yekunda layihənin effektivliyinin qiymətləndirilməsi üçün təqdim edilən 3 mövzu üzrə iştirakçılara Azərbaycan və ingilis dillərində öz məqalələri ilə həm yerli, həm də beynəlxalq mətbuatda çıxış etmək şansı yaradılacaq.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment