1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


ABB-dən “Anım günü” layihəsi
27.09.2021

ABB 27 sentyabr Azərbaycan Respublikasında Anım gününə həsr olunmuş yeni sosial məsuliyyət layihəsini təqdim edib. Layihə 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə həsr edilib. 

Vətən müharibəsi şəhidlərinin şəkilləri və onlar haqqında qısa məlumatlar ABB-nin yaratdığı https://yadedirik.az/ portalında toplanıb. Hər bir istifadəçi portala daxil olarkən səhifədə gördüyü Vətən müharibəsi şəhidinin şəklini öz sosial media hesablarında paylaşa bilər. Portalda axtarış funksiyası da yaradılıb. İstifadəçilər şəklini paylaşmaq istədikləri şəhidimizin ad və soyadını axtarış bölməsində yazmaqla onunla bağlı vizual və mətn məlumatlarını tapıb paylaşım edə bilərlər. 

Şəhidlərimizin portalda yerləşdirilən fotoları və onlar haqqında məlumatlar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin saytındakı açıq məlumatlar əsasında yerləşdirilib. 

Növbəti mərhələlərdə portalda Birinci Qarabağ müharibəsi və 20 Yanvar şəhidləri haqqında məlumatların toplanması da nəzərdə tutulur. Layihənin davamında sənədli materiallar əsasında burada şəhidlərimiz haqqında daha geniş məlumatlar, tarixi oçerklər də yerləşdiriləcək. Beləliklə, https://yadedirik.az/ portalı şəhidlərimiz barədə ətraflı materiallarla zəngin, hər kəs üçün əlçatan məlumat bazasına çevriləcək. 

Belə bir layihənin reallaşdırılmasında ABB-nin məqsədi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsinə ehtiram, onların mənəvi irsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi, cəmiyyətimizdə vətənpərvərlik tərbiyəsi işinə töhfədir. ABB ümid edir ki, rəqəmsallaşma dövründə bu layihə şəhidlərimizin qəhrəmanlıq örnəklərinin təbliği baxımından faydalı olacaq. 

Portal haqqında video 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment