1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Dünya şöhrətli alpinistimiz İsrafil Aşurlı yeni zirvələri fəth etməyə hazırlaşır
25.09.2021

“Azercell Telekom” MMC İsrafil Aşurlının tarixi “Zəfər Tacı” yürüşünün əsas tərəfdaşıdır

Sentyabr ayının 20-də Azərbaycan Respublikasının Alpinizm üzrə idman ustası İsrafil Aşurlı “Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalova ilə görüşərək nailiyyətlərini və Azercell ilə əməkdaşlığını müzakirə edib.  “Tərəqqi” medalının, 1-ci və 2-ci dərəcəli “Edelveys” ordeninin sahibi, “Qar bəbiri” titulunu qazanmış idmançı “Zəfər Tacı” layihəsinin bir hissəsi olaraq dünyanın 14 ən hündür nöqtəsindən 4-nü fəth edib. O, 2007-ci ildə Everest dağ zirvəsini və Antarktidanın ən hündür zirvəsini — Vinson massivini fəth edərək orada Azərbaycan bayrağını ucaldan ilk azərbaycanlı olub. Həmçinin Aşurlı dünyanın ən yüksək 8 nöqtəsi sırasında yer alan Kançencanqa, Lxotze və Manaslu zirvələrinə, eləcə də Avropanın ən yüksək zirvəsi olan Elbrusa da yürüş edib.

Görüş zamanı Aşurlı 2021-ci ilin iyul ayında Karakorum dağlarının 7000 m yüksəklikdə yerləşən zirvəsində Azercell-in bayrağını ucaltdığı anı əks etdirən tarixi fotonu şirkət prezidentinə təqdim edib. “Bu cür uğura yalnız böyük zəhmət, mübarizlik əzmi və illər boyunca davam edən gərgin hazırlıq nəticəsində imza atmaq mümkündür. Məqsədlərinizə çatmaq üçün nümayiş etdirdiyiniz dayanıqlıq həqiqətən təqdirəlayiqdir və eyni zamanda, alpinizmin əhəmiyyətini bir daha vurğulayır. İndi isə, Qarabağın bərpa olunan ərazilərində bu idman növünün inkişafı üçün daha da geniş imkanlar yaranıb”, - deyə Zərinə Zeynalova bildirdi.

Azercell  İsrafil Aşurlının idman fəaliyyətinin tərəfdaşı olmaqdan qürur duyur və ona gələcəkdə daha da  böyük zirvələri fəth etməyi arzu edir.


 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment