1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Dövlət Turizm Agentliyi “İter Vitis Qafqaz” şərab marşrutunu təqdim edib
24.09.2021

Sentyabrın 24-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şamaxının Meysəri kəndinə təşkil olunan mediatur çərçivəsində “İter Vitis Qafqaz” şərab marşrutunun təqdimatı keçirilib.

Azərbaycan Turizm Bürosunun Turizm məhsulu şöbəsinin müdiri Şərifə Həsənova tərəfindən “Azərbaycanda şərab turizmi və şərab marşrutları” mövzusunda keçirilən təqdimatda “İter Vitis Qafqaz” layihəsi və onun məqsədləri barədə məlumat verilib.

O bildirib ki, Qafqaz ölkələrini birləşdirən ilk yenilikçi transmilli marşrut bu ölkələrdəki şərab bölgələrini, şərab zavodlarını, ev şərablarını və şərabla əlaqədar arxeoloji qazıntıları tanıtmaq üçün birləşdiriləcək.

Təqdimatda Azərbaycanda qərb, şimal və şimal-qərb turizm marşrutları üzrə 25-dən çox şərab zavodunun mövcud olduğu, beynəlxalq səviyyədə tanınan üzüm sortları, eləcə də bir çox yerli alternativlərlə şərabçılıq təcrübəsinin inkişaf etdirildiyi diqqətə çatdırılıb.

Həmçinin şərab növlərinin fermentasiya üsulları, rəngi, dadı və qoxusu barədə danışılıb, Azərbaycanın şərabçılıq sənayesi,eləcə də ölkəmizdə istehsal olunan şərabların ixrac olunduğu ölkələr haqda məlumatlar təqdim olunub.

ATB nümayəndəsi şərabçılıq üzrə rus və ingilis dillərində fəaliyyət göstərən ilk onlayn portal “Azerbaijanwine.az” haqqında jurnalistlərə məlumat verib, portalda Azərbaycanın şərab ənənələri, ən yaxşı şərab təcrübələri və digər mühüm informasiyaların yerləşdirildiyini bildirib.

Təqdimat zamanı KİV nümayəndələrinin maraq doğuran sualları cavablandırıb.

Daha sonra KİV nümayəndələri üzüm və şərab istehsalının mərhələləri ilə yaxından tanış olublar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment