1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


"Humanitar yardım bizim üçün diqqət, mənəvi dəstək deməkdir"
24.09.2021

6 həftə davam edən və çoxlu insan tələfatına, dağıntılara və köçkünlüyə səbəb olan keçən ilki münaqişə nəticəsində Azərbaycanın münaqişədən zərər çəkən bölgələrində müxtəlif humanitar ehtiyaclar ortaya çıxmışdır. Hökumət mənbələrinə görə, Azərbaycanın Ağdam, Ağcabədi, Bərdə və Tərtər rayonlarında ən azı 40 min insan yaşadıqları yerdən didərgin düşmüşdür. Münaqişədən təxminən bir il keçsə də həmin ərazilərdə yaşayan insanlar döyüş əməliyyatlarının nəticələrini hələ də öz üzərlərində hiss edirlər. 

Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə hazırda Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi münaqişədən zərər çəkmiş əhaliyə humanitar yardımın göstərilməsi ilə bağlı layihə həyata keçirir. Layihə Aİ tərəfindən Mülki Müdafiə və Humanitar Yardım Əməliyyatları vasitəsi ilə maliyyələşdirilir və münaqişədən zərər çəkmiş ən həssas insanların humanitar və erkən bərpa ehtiyaclarının qarşılanmasına töhfə vermək məqsədi daşıyır. Layihə, münaqişədən zərər çəkmiş 1500 ailəyə dərhal nağd əsaslı yardım göstərməyi nəzərdə tutur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə çərçivəsində BMqT-nin Azərbaycan nümayəndəliyi 2020-ci ildə münaqişədən zərər çəkmiş insanlar arasından seçilmiş 350 nəfərə artıq nağd yardım ayırmışdır. Ümumilikdə indiyədək münaqişədən zərər çəkmiş rayonlardan olan və aralarında sorğu keçirilmiş 2983 nəfər şəxsdən 1136 nəfər uyğunluq meyarlarına əsasən yardımı almaq üçün seçilmişdir.

34 yaşlı Elmir Məmmədov Aİ-nin humanitar maliyyəsi sayəsində BMqT tərəfindən həyata keçirilən layihə çərçivəsində bu yardımla artıq dəstəklənənlərdən biridir. Münaqişə zamanı o, cəbhə xəttinin yaxınlığında yerləşən Ağdam rayonunun Çıraqlı kəndindəki evini tərk etmək məcburiyyətində qalmışdı: “Münaqişə başlayanda kəndimiz ağır artileriya atəşinə tutuldu. Ailəmi kənddən təxliyə etməli oldum. Ancaq evim qismən dağıldı, atışma zamanı heyvanlarımız tələf oldu".

Elmir ailəsini münaqişə zonasından kənarda yaşayan qohumlarının yanına apardı və hərbi əməliyyatlar bitəndən sonra evinə qayıtdı.

“Evə qismən ziyan dəyib. Pəncərələr və qapılar dağılmışdı, bütün elektrik cihazları və naqillər sıradan çımışdı. Evin dağılmış hissəsini özüm təmir etməli oldum” deyir Elmir.

O, ailəsinin təhlükəsiz və xoşbəxt bir gələcəyinə ümid edir: "Cəbhə xəttinə yaxın ərazidə yaşayırdıq deyə demək olar ki, hər gün kəndimiz atəşə tutulurdu. Kəndin əkin sahələrinin bir hissəsi minalanmışdı və sakinlər həmin torpaqlardan istifadə edə bilmirdi. Ümid edirəm ki, tezliklə torpaqlar minalardan təmizlənəcək və biz dinc bir həyat yaşayacağıq”.

Elmir deyir ki, bu gün məbləğindən asılı olmayaraq hər bir yardım zərər çəkən insanlar üçün vacibdir: "Humanitar yardım bizə diqqət, mənəvi dəstək deməkdir".

Layihə çərçivəsində münaqişədən zərər çəkmiş insanlara təqdim olunan nağd yardımdan necə yararlanmaq haqda qərarı onların özlərinin vermək imkanı var. Elmir aldığı nağd yardımı 7 və 12 yaşlı oğullarına məktəbli forması və ləvazimatları almaq üçün sərf edib: "Oğullarımın yaxşı gələcəyi olmasını istəyirəm. Xəyallarını gerçəkləşdirmək üçün onların yaxşı təhsil almaları vacibdir. Onlara bunun üçün lazım olan hər şeyi verməyə çalışıram”.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment