1 USD 1,7    1 EUR 2,0182    1 RUB 0,0220    1 TRY 0,2084    XAU 2955,8240    XAG 42,6868    XPT 2114,5535    XPD 4547,1685   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank yeni ev alanlara “Hədiyyə sertifikatı” təqdim edir
23.09.2021

Kapital Bank daxili ipoteka ilə ev alan müştərilərə “Hədiyyə sertifikatı” təqdim edir. Bu sertifikat vasitəsilə yeni evin təmiri üçün lazım olan materialları və eyni zamanda zəruri olan bütün ev əşyalarını, həmçinin xidmətləri partnyor mağazalarından endirimli qiymətlərlə əldə etmək olar. Bütün bunlarla yanaşı 166 yükdaşıma şirkətinin xidmətlərindən də yararlanmaq mümkündür.

Məlumat üçün bildirək ki, ev almaq arzusunda olanlar artıq illik 8%-dən başlayaraq 20 il müddətinə bankın öz vəsaiti hesabına verilən daxili ipoteka kreditindən bəhrələnə bilərlər. İpoteka kreditinin məbləği 30 000 – 250 000 manat aralığında dəyişir, müddəti isə 1 ildən 20 ilədək təşkil edir. Kapital Bank ilə partnyor olan tikinti şirkətlərindən əldə ediləcək mənzillər üzrə kredit məbləği isə 500 000 manata kimi artırıla bilər. 

Qeyd edək ki, minimal ilkin ödəniş 20%-dən başlayır. İpoteka krediti verildikdə əksər proseslər əlavə vaxt itkisi olmadan birbaşa bank tərəfindən həyata keçirilir. Müştərilər ipoteka krediti üzrə müraciətlərini (+99451) 250 99 99 WhatsApp nömrəsinə ünvanlaya bilərlər.  

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 21 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 


     



08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri
 
04.02.2020
Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu
25.11.2019
Yevgeniya Qaşikulina
AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini
23.10.2019
Emin Hacıbalayev
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu
12.07.2019
Mojtaba Haşemzadeh
Mərkəzi Gömrük Hospitalın yüksək ixtisaslı bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment