1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Fond birjası


Bakı Fond Birjasında “TBC Kredit” BOKT MMC-nin istiqrazlarının “Açılış Zəngi” mərasimi keçirildi
23.09.2021

23 sentyabr Bakı Fond Birjasında TBC Kredit BOKT MMC-nin  mütəşəkkil kapital bazarlarında ilk istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Açılış Zəngi” mərasimi keçirilmişdir. 3 milyon manat həcmində olan yerləşdirmənin anderraytinq xidmətini BFB-nin üzvü AzFinance İnvestisiya Şirkəti QSC həyata keçirmişdir. Azərbaycanın qeyri-neft sektorundan olan TBC Kreditin istiqraz buraxılışı həyata keçirməsi yerli mütəşəkkil kapital bazarlarının inkişafı üçün xüsusi önəm daşıyır.

Açılış mərasimində emitent tərəfindən TBC Kreditin direktoru Əjdər Əliyev, birja üzvü tərəfindən AzFinance investisiya şirkətinin direktoru İntiqam Səfərəliyev, AMFA (Azərbaycan Mikromaliyyə Assosiyasiyası) direktoru Jalə Hacıyeva və BFB-nin sədri v.m.i.e Eldar Abdullayev  iştirak etmişdir. BFB-nin İdarə Heyətinin Sədri v.m.i.e Eldar Abdullayev “Açılış Zəngi” Mərasimini açıq elan edərək TBC Kreditin birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirdi. Eyni zamanda, qeyd olunan istiqrazlar korporativ qiymətli kağızlar bazarında maliyyə alətlərinin diversifikasiyasına səbəb olmaqla investorlar üçün daha geniş imkanların olduğu münbit investisiya mühiti formalaşdıracaqdır.

Bakı Fond Birjasında partnyor olaraq Listinq Məsləhət Proqramına qoşulan  Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) açılış mərasimində iştirak etmişdir, Bank Olmayan Kredit Təşkilatlarının istiqraz buraxılışını müsbət qiymətləndirmişdir və bu istiqamətdə BFB ilə əməkdaşlıqların davamı olacağını qeyd etmişdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment