1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibankdan sahibkarlar üçün yeni kredit xidməti
23.09.2021

Hər yeni məhsul və prosesdə biznes sahibinin maliyyə xidmətlərinə çıxışını daha da asanlaşdırmağı hədəfləyən Unibank, bu dəfə mikro və kiçik sahibkarlar üçün yenilik edib. Bank bazarında hələ ki bir ilk olan bu xidmət, həm sahibkarların zamanına xeyli qənaətə, həm də biznes sahəsindən ayrılmadan, çox rahatlıqla kredit əldə etməyə imkan yaradır. Bank əməkdaşı birbaşa sahibkarın ünvanına gedir, biznes məlumatlarını yerindəcə planşet vasitəsilə sistemə daxil edir, sistem avtomatlaşdırılmış şəkildə dərhal kredit qərarını verir. Yəni sahibkar elə həmin an kredit qərarından xəbərdar olur. 

“Unibank” KB-nın Mikromaliyyələşdirmə biznesi üzrə baş inzibatçısı Rauf Ağayev, bu xidmətin biznesin işini daha da asanlaşdıracağını bildirib: “Mikro və kiçik sahibkarlar biznesləri ilə bağlı bütün addımlarda birbaşa özləri iştirak etdiklərindən hər dəqiqə onlar üçün dəyərlidir. Sahibkarlar zamanlarını filialala gəlməklə, növbələrdə vaxt itirməyə sərf etməsinlər deyə, onlar üçün bu yeni xidməti hazırladıq. Bank əməkdaşı birbaşa sahibkarın obyektinə gedərək bütün məlumatları planşet vasitəsi ilə mikroportala daxil edir, məlumatlar anında bankın sisteminə oturur, sistem məlumatları təhlil edərək dərhal sahibkara ayrılan kredit məbləğini müəyyən edir. Üstəlik, kredit sahibkara kartla və zaminsiz ayrılır. Kredit vəsaiti sahibkara kartla verildiyindən, növbəti dəfə kredit müraciəti zamanı da biznes sahibinin banka gəlməsinə ehtiyac qalmır. Sahibkar bir telefon zəngi ilə növbəti kredit istəyini bildirir və kredit məbləği avtomatik həmin karta daxil edilir. Yəni bu layihə sahibkarın istədiyi vaxtda maliyyə vəsaitinə çıxışını təmin edir, vaxt itkisinin qarşısını alır və zamin axtarmasına ehtiyac qalmır”.  

“Unibank”ın sərfəli biznes kreditlərindən və xidmətlərindən faydalanmaq istəyən sahibkarlar həftə içi  bankın “Sumqayıt”, “Xırdalan”, “Əcəmi”, “İnşaatçılar”, “Əhmədli”, “Bakıxanov”, “Mərdəkan”, “Nərimanov”, “Neftçilər”, “Quba”, “Xaçmaz”, “Şəki”, “İsmayıllı”, “Bərdə”, “Şəmkir”, “Gəncə”, “Kəpəz”, “Tovuz”, “Mingəçevir”, “Salyan” və “Lənkəran” filiallarına müraciət edə bilərlər.  

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az,  https://www.instagram.com/unibank.az/https://twitter.com/unibank)əldə etmək olar.

Unibank - Sənin Bankın!


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment