1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


ATB beynəlxalq platforma ilə birgə sosial media kampaniyasına start verib
20.09.2021

Azərbaycan Turizm Bürosu aviabiletlər üzrə metaaxtarış mühərriki olan “Aviasales” ilə birgə sosial media istifadəçiləri üçün xüsusi kampaniyaya start verib.

Belə ki, 17 sentyabrdan etibarən başlayan kampaniya “Avisales” platformasının instaqram sosial şəbəkəsindəki izləyiciləri üçün nəzərdə tutulub.

Müsabiqənin şərtlərinə tam şəkildə əməl edən izləyicilər arasından xüsusi tətbiq vasitəsilə təsadüfi şəkildə seçiləcək qalib Azərbaycana biletlə mükafatlandırılacaq.

Şərtlərə əsasən iştirakçılar “Aviasales”in instaqram səhifəsində müsabiqə paylaşımını bəyənərək onu öz hekayələrində hissəsində yerləşdirməli, “Aviasales” və “Experience Azerbaijan” səhifələrini izləməli, şərhlərdə Azərbaycanda görmək istədikləri yerlər və ya digər turistik fəaliyyətlərlə bağlı fikirlərini bildirməlidirlər.

Müsabiqə sentyabrın 24-ə qədər davam edəcək.

Bundan əlavə, “Aviasales” auditoriyasının ölkəmizdə ilboyu mövcud olan səyahət imkanları ilə bağlı yaxından tanış olmaları məqsədilə platformanın instaqram səhifəsində ətraflı məlumat yayımlanıb. 12 hissədən ibarət olan paylaşım vasitəsilə ilin bütün ayları üzrə ölkəmizin görməli yerləri və turistik fəaliyyətlər cəlbedici görüntülərlə təqdim olunub.

Sosial media istifadəçiləri arasında təbliğatın vacibliyini vurğulayan Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid beynəlxalq təbliğat kampaniyaları çərçivəsində “Aviasales”lə qurulan  əməkdaşlığın Azərbaycanın turizm imkanlarının hərtərəfli tanıdılmasına xidmət etdiyini qeyd edib.

O bildirib ki, müsabiqə şərtləri də istifadəçilər üçün Azərbaycanla bağlı maraq doğuran məqamları öyrənməyə imkan verir.

Qeyd edək ki, 2007-ci ildən istifadəyə verilmiş, hədəf bazarları Rusiya və MDB ölkələri olan “Aviasales” platforması aviabilet axtarış sistemdir. Aylıq auditoriyası təqribən 15 milyon təşkil edən “Aviasales” verilən axtarışa əsasən mövcud uçuşları seçimlərə uyğun müqayisə edir, sorğuya əsasən ziyarətçini aviaşirkət və agentliklərin rəsmi saytlarına yönəldir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment