1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Ürəklər”inizlə ətraf mühitin qorunmasına dəstək olun!
15.09.2021

Kapital Bank mütəmadi olaraq ətraf mühitin qorunması, ekoloji şəraitin yaxşılaşdırılması istiqamətində müxtəlif sosial aksiyalar təşkil edir. Bu istiqamətdə olan əsas layihələrdən biri ağacəkmə ilə bağlıdır. Bu dəfə Birbank istifadəçiləri həmrəylik göstərərək yeni bir aksiyaya qoşula bilərlər.

Bildiyiniz kimi, 2021-ci il ölkə başçısı tərəfindən “Nizami ili” elan olunub. Həmçinin bu il dahi mütəfəkkirin 880 illik yubileyi qeyd olunub. Bu münasibətlə Gəncədə olan Nizami məqbərəsinin ətrafında 880 ağac əkilir. Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən keçirilir.

Birbank istifadəçiləri bonus şəklində topladıqları “Ürəklər”ini ağacəkməyə “xərcləyə” bilərlər. Belə ki, 1 sentyabr 2021-ci il tarixindən başlayaraq 50 000 “ürəyi” əkiləcək 1 ağaca dəyişmək mümkündür. Birbank istifadəçiləri POS terminal, İnternet və Birbank vasitəsilə nağdsız ödənişlər edərək, “Ürək” qismində olan bonuslar qazana bilirlər. 

3 milyondan artıq istifadəçi tərəfindən yüklənən Birbank-ın bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, kredit və BirKart sifarişi, NFC ödənişlər imkanı, rəqəmsal kart sifarişi, bankomatdan QR kod vasitəsilə nağdılaşma, istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonusların idarə edilməsi və s. 

Ödəniş kartlarının təhlükəsiz istifadə olunması üçün yaradılan funksionallıqlar da əsas özəlliklər sırasındadır. Birbank-da kartı bloklamaq, PİN kodunu dəyişmək, 3DS və SMS xəbərdarlıq xidmətlərinə qoşmaq və ən əsası istifadə üzrə gündəlik və aylıq limitləri təyin etməkdir. Ətraflı məlumat üçün www.birbank.az saytına müraciət edə bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment