1 USD 1,7    1 EUR 2,0182    1 RUB 0,0220    1 TRY 0,2084    XAU 2955,8240    XAG 42,6868    XPT 2114,5535    XPD 4547,1685   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Qətərlə Azərbaycan arasında turizm əlaqələri müzakirə olunub
14.09.2021

Azərbaycan və Qətər arasında turizm əlaqələrinin inkişaf perspektivləri, qarşılıqlı turist mübadiləsi, mədəni irsin idarəedilməsi üzrə təcrübə mübadiləsinin aparılması sentyabrın 14-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Qətərin Katara Mədəniyyət Şəhərciyi Fondunun baş direktoru Xalid Bin İbrahim Əl-Süleyti arasında keçirilən görüşdə müzakirə olunub.

Fuad Nağıyev Agentliyin tabeliyindəki qoruqların fəaliyyəti, oradakı irs nümunələrinin konservasiyası üzrə layihələr və planlar, Lahıc, Basqal, Şəki kimi qoruqlarda maddi mədəniyyət və sənətkarlıq nümunələrinin əsas komponent olması haqqında danışıb.

O, həmçinin Qətərin ölkəmiz üçün hədəf turizm bazarlarından biri olduğunu vurğulayaraq turizm potensialının tanıdılması və təbliğatı məqsədilə Azərbaycanın Katarada keçirilən festivallarda təmsil olunmasından məmnunluq duyacağını qeyd edib.

Xalid Bin İbrahim Əl-Süleyti Katara Mədəniyyət Şəhərciyinin Qətərin ən çox turist cəlb edən məkanı olduğunu, bir çox beynəlxalq, regional və yerli səviyyədə festival, seminar, tamaşa və sərgilərə ev sahibliyi etdiyini bildirib.

O, şəhərçikdə Azərbaycanla bağlı keçirilən tədbirlər haqqında ətraflı məlumat verib, Azərbaycana həsr olunan tədbirlərin təşkilinə lazımi dəstəyin göstərilməsinə hər zaman hazır olduqlarını qeyd edib.

Fond rəhbəri Azərbaycanı turizm imkanlarının tanıdılması məqsədilə həmin festivallarda iştiraka dəvət edib.

Qeyd edək ki, epidemioloji vəziyyətdə müsbət dinamikanın müşahidə edilməsi ilə əlaqədar səfər məhdudiyyətlərinin götürüldüyü 42 ölkə arasında Qətər də yer alır.

 


     



08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri
 
04.02.2020
Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu
25.11.2019
Yevgeniya Qaşikulina
AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini
23.10.2019
Emin Hacıbalayev
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu
12.07.2019
Mojtaba Haşemzadeh
Mərkəzi Gömrük Hospitalın yüksək ixtisaslı bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment