1 USD 1,7    1 EUR 2,0182    1 RUB 0,0220    1 TRY 0,2084    XAU 2955,8240    XAG 42,6868    XPT 2114,5535    XPD 4547,1685   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercellin rəqəmsal həlləri ilə yeni tədris ilinə hazırlıq daha rahat oldu
14.09.2021

Şirkət abunəçilərinə Busuu və Bookmate tətbiqlərindən əlverişli şərtlərlə isitfadə imkanı təqdim edir

Azercell yeni dərs ilinin başlanması münasibəti ilə öz istifadəçiləri üçün “Məktəbə qayıdış” adlı kampaniyasını təqdim edir!

Kampaniya çərçivəsində sentyabr ayı ərzində Azercell abunəçiləri “Bookmate” elektron kitabxana tətbiqi və “Busuu” məşhur dil öyrənmə proqramından daha əlverişli şərtlərlə istifadə edə biləcəklər. Ən əsas üstünlüklərdən biri ondan ibarətdir ki, xidmətə yeni qoşulan mütaliəsevərlər və dil biliklərini inkişaf etdirmək istəyən abunəçilər ilk 7 gün ərzində tətbiqdən pulsuz istifadə imkanı əldə edir.

Pandemiya dövründə kitabxanaların bağlı və ictimai yerlərdə yoluxma riskinin yüksək olduğu bir dönəmdə kitablara olan tələbatı ödəmək üçün “Bookmate” ən ideal vasitədir. ”Bookmate” tətbiqi iki milyondan çox kitabı rahatlıqla əldə etməyə kömək edir. Hər bir istifadəçi bu tətbiqdə öz zövqünə uyğun müasir nəsr, qeyri-bədii ədəbiyyat, klassik və dedektiv janra və yaxud uşaq ədəbiyyatına dair kitablar tapa bilər.

Məkandan və cihazdan asılı olmayaraq, hətta oflayn rejimdə belə tətbiq vasitəsilə kitabları oxumaqla yanaşı, həm də dinləmək mümkündür ki, bu da “Bookmate” xidmətinin üstünlüklərindən biridir. Bundan əlavə, tətbiqdə müəyyən müddətdə nə qədər kitab oxuyacağını planlaşdırmağı xoşlayan istifadəçilər üçün "Bu ilin məqsədləri" funksiyası da aktivdir. Bu funksiya mütaliəsevərləri daha çox kitab oxumaga sövq edəcək və dostlarıyla gözəl rəqabətə səbəb olacaq. 

Tətbiqdə azərbaycan, rus, ingilis və bundan əlavə 13 dildə ədəbiyyat seçimi imkanı təqdim edilir. Bookmate cəmiyyətinə qoşulmaqla, həm də öz düşüncələrinizi 1 milyondan çox abunəçi ilə bölüşün.

Onu da nəzərinizə çatdırırıq ki, xidmətə Azercell abunəçisi kimi qoşulduqda ayda 7.99 AZN deyil, cəmi 3.50 AZN ödəməklə tətbiqdən faydalanmaq mümkündür. Odur ki, daim yenilənən zəngin kitab kataloqundan ibarət mobil kitabxananızı yaradın. Həftəlik abunə üçün *500#YES, aylıq abunə üçün isə *533#YES yığaraq elə indi Bookmate tətbiqinə qoşulun. Sevdiyiniz kitabları həm oxuyun, həm də dinləyin. Xidmətə müxtəlif platformalar – Azercell-in rəsmi saytı, “Kabinetim” tətbiqi, “ABB Mobile”, “Umico” mobil əlavələr üzərindən qoşulmaq mümkündür.

Kampaniya çərçivəsində təqdim olunan ikinci xidməti - milyonlarla abunəçisi olan Busuu proqramını digərlərindən fərqləndirən əsas cəhəti real vaxt rejimində xarici dili öyrənməyi əlçatan etməsidir. Tətbiq üzərindən dərslərə başlamazdan öncə test vasitəsilə hər bir istifadəçinin dil bilmə səviyyəsi qiymətləndirilir. Testin nəticələrinə əsasən abunəçilər üçün fərdi təlim planı və dərs cədvəli tərtib edilir. Busuu istifadəçilərinə A1, A2, B1, B2 səviyyələri üzrə ingilis dilini öyrənmək və ya istiqamətdən asılı olaraq işgüzar, ümumi və yaxud səyahət üçün ingilis dilini seçmək imkanı da təqdim edilir. Hər dərsin sonunda abunəçilərin yerinə yetirdiyi tapşırıqlar yoxlanılır və qiymətləndirilir.

Busuu tətbiqindəki “İcma” bölməsindən ümumi maraq dairəsinə görə dil daşıyıcısı olan həmsöhbətlər tapıb onlarla həm ünsiyyət qura, həm də maraqlandığınız sualların cavabını ala bilərsiniz. Önəmli məqamlardan biri isə kursu bitirənlərə dil biliyi səviyyəsini təsdiq edən beynəlxalq “McGraw-Hill” sertifikatının verilməsidir. 

App Store və Play Market üzərindən Busuu tətbiqinə aylıq 20 AZN deyil, cəmi 3 AZN ödəməklə abunə olun, dünyanın ən çox danışılan 12 dilini (ingilis, rus, fransız, ispan, italyan, alman, portuqal, polyak, yapon, çin, türk və ərəb) rahatlıqla öyrənin. Xidmətə qoşulmaq üçün *969#YES yığın, öyrənmə planınızı seçin, dilinizi zənginləşdirərək nailiyyətlərinizi izləyin. 

Azercell yeni tədris ilinə hazırlaşan abunəçilərini bu imkanlardan yararlanmağa dəvət edir və hər kəsə uğurlar arzulayır.


     



08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri
 
04.02.2020
Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu
25.11.2019
Yevgeniya Qaşikulina
AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini
23.10.2019
Emin Hacıbalayev
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu
12.07.2019
Mojtaba Haşemzadeh
Mərkəzi Gömrük Hospitalın yüksək ixtisaslı bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment