1 USD 1,7    1 EUR 2,0182    1 RUB 0,0220    1 TRY 0,2084    XAU 2955,8240    XAG 42,6868    XPT 2114,5535    XPD 4547,1685   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Rebuild Karabakh” sərgisi Qarabağ Dirçəliş Fonduna dəstək verəcək
14.09.2021

20-22 oktyabr 2021-ci il tarixlərində ilk dəfə Bakıda Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" Rebuild Karabakh 2021 sərgisi keçiriləcək. İqtisadiyyatın müxtəlif sahələrindən yerli və xarici şirkətlərin sərgiyə olan marağı göstərir ki, “Rebuild Karabakh” sərgisi 2021-ci ildə Azərbaycanda sərgi sənayesinin ən əhəmiyyətli hadisəsinə çevriləcək. 

Qeyd edək ki, ölkəmizdə keçirilən bir sıra beynəlxalq sərgi və konqreslərin təşkilatçısı olan “Caspian Event Organisers” (CEO) şirkəti “Rebuild Karabakh” sərgi sahəsinin satışından əldə olunan gəlirin bir qismini  işğaldan azad olunan ərazilərin bərpası və yenidənqurulması istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə edəcək.

Məlumat üçün bildirək ki, yaxın günlərdə  "Caspian Event Organisers" şirkəti ilə Qarabağ Dirçəliş Fondu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanacaq.

“Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədov:

“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi zəfərdən sonra, azad edilmiş torpaqların bərpası ilə bağlı qarşımızda mühüm vəzifələr durur. Qarabağın bərpası və yenidənqurulması ilə bağlı dövlət qurumlarının, yerli və xarici şirkətlərin layihələrini və strategiyalarını təqdim etmək üçün bir araya gətirəcək “Rebuild Karabakh” sərgisinin təşkilində böyük həvəslə çalışırıq. İştirakçılar Qarabağ Dirçəliş Fondunu dəstəkləmək qərarımızı çox müsbət qarşıladılar. Bununlada sərgidə iştirak edən hər bir şirkət böyük bir işə öz töhfəsini verəcək. Fonda ediləcək ianə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurması ilə bağlı vəzifələrin həyata keçirilməsi istiqamətində görüləcək işlərə əlavə dəstək olacaqdır.”

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev: 

“Torpaqların işğaldan azad edilməsi Qarabağda dağıntıların miqyasının necə böyük olduğunu, yüzlərlə yaşayış məntəqəsinin və minlərlə tikilinin erməni işğalçıları tərəfindən yer üzündən demək olar ki, tamamilə silindiyi faktını üzə çıxardı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yaradılan, əsas vəzifəsi işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması, inkişaf etmiş, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstəyinin göstərilməsi olan Qarabağ Dirçəliş Fondu, bu mühüm işlərə qoşulmaq istəyən bütün vətəndaşlarımız üçün əlçatan və vahid platformadır. Qeyd etmək istərdim ki, 20-22 oktyabr tarixlərində ilk dəfə keçiriləcək Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" (Rebuild Karabakh) sərgisi  işğaldan azad edilən ərazilərin bərpası istiqamətində aparılan işlərə böyük töhvə verməklə yanaşı, Qarabağ həqiqətlərini daha geniş kütləyə nümayiş etdirmək imkanı da yaradacaq. Qarabağ Dirçəliş Fonduna edilən ianələr Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində infrastrukturun, yaşayış evlərinin və mədəni-tarixi abidələrin bərpa və yenidən qurulmasına, ekoloji vəziyyətin yaxşılaşdırılması və sosial rifahın yüksəldilməsinə yönəldiləcəkdir. 1-ci Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" Rebuild Karabakh 2021 sərgisində bütün iştirakçılara bu mühüm missiyaya qoşulduğu üçün təşəkkür edir, uğurlu və məhsuldar iş arzulayıram.”

 


     



08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri
 
04.02.2020
Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu
25.11.2019
Yevgeniya Qaşikulina
AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini
23.10.2019
Emin Hacıbalayev
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu
12.07.2019
Mojtaba Haşemzadeh
Mərkəzi Gömrük Hospitalın yüksək ixtisaslı bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment