1 USD 1,7    1 EUR 2,0182    1 RUB 0,0220    1 TRY 0,2084    XAU 2955,8240    XAG 42,6868    XPT 2114,5535    XPD 4547,1685   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalında Philips şirkətinin MDB ölkələri üzrə regional direktoru ilə görüş keçirilib
10.09.2021

9 sentyabr 2021-ci il tarixində Mərkəzi Gömrük Hospitalında Philips şirkətinin MDB ölkələri üzrə regional direktoru Artyom Padeyskiy, Philips şirkətinin Azərbaycan və Gürcüstan üzrə regional direktoru Nigar Zeynalova ilə görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Mərkəzi Gömrük Hospitalının baş həkiminin müavini Dr.Bəxtiyar Musayev və Alqı-satqı və Təchizat şöbəsinin rəisi Rəşad Fərəcov iştirak ediblər.

Görüşdə Philips şirkətinin nümayəndələri şirkətin tətbiq etdiyi innovativ texnologiyalar və istehsal etdiyi yeni avadanlıqlar, o cümlədən yeni növ angioqraf, KT, MRT və ultrasəs aparatları barədə ətraflı məlumat veriblər. Onlar həmçinin şirkətin MDB ölkələrində və Azərbaycanda gələcək planları və perspektivləri barədə fikirləri ilə bölüşüblər. 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov görüş zamanı bildirib ki, Mərkəzi Gömrük Hospitalı hazırda ən yüksək texnoloji müalicə metodlarından istifadə etməklə ağır koronavirus xəstələrinə xidmət edir. C.Məmmədov vurğuladı ki, Hospital yüksək səviyyəli tibbi xidmətin göstərilməsi üçün zəruri olan hər cür müasir avadanlığa malikdir. O, eyni zamanda qeyd etdi ki, Hospitalın mövcud cihaz və aparatlar parkı daim yenilənir və tibbi heyət tərəfindən mənimsənilir.

Görüşdə Philips şirkətinin təmsilçisi Dövlət Gömrük Komitəsi tərəfindən Mərkəzi Gömrük Hospitalında yeni istifadəyə veriləcək Philips Incisive CT pro 128  Kompüter Tomoqrafiya (KT) aparatının imkanları barədə ətraflı məlumat verib. Görüşün sonunda Hospitalda yeni KT aparatından istifadəni daha dəqiq mənimsəmək üçün Philips şirkəti tərəfindən Hospitalın həkim-radioloq və texniklər üçün əyani və onlayn treninqlərin keçirilməsi barədə razılaşma əldə olundu.

 (012) 404-08-08

 Bakı, K.Kazımzadə, 118

 


     



08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri
 
04.02.2020
Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu
25.11.2019
Yevgeniya Qaşikulina
AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini
23.10.2019
Emin Hacıbalayev
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu
12.07.2019
Mojtaba Haşemzadeh
Mərkəzi Gömrük Hospitalın yüksək ixtisaslı bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment