1 USD 1,7    1 EUR 2,0182    1 RUB 0,0220    1 TRY 0,2084    XAU 2955,8240    XAG 42,6868    XPT 2114,5535    XPD 4547,1685   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan və Pakistan arasında turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
09.09.2021

Sentyabrın 9-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye arasında iki ölkənin turizm əlaqələrinin genişləndirilməsi məsələsi müzakirə olunub.

Görüşdə Agentlik sədri Pakistanın Azərbaycan üçün hədəf turizm bazarlarından biri olduğunu, 2018-2019-cu illərdə Pakistandan gələn ziyarətçilərin sayının əvvəlki illərə nisbətən dəfələrlə artdığını, ancaq təəssüf ki, pandemiya səbəbindən artım tempinin dayandığı qeyd edib.

Fuad Nağıyev Vətən müharibəsi dövründə dost ölkə tərəfindən Azərbaycana verilən siyasi dəstəyin əhəmiyyətini vurğulayaraq, bunun ölkələrimiz arasında iqtisadi və turizm əlaqələrinin də inkişafına öz töhfəsini verdiyindən bəhs edib.

İşğaldan azad edilmiş ərazilərdə turizmin inkişafı istiqamətində planlaşdırılan layihələr haqqında da məlumat verən Agentlik sədri yaxın gələcəkdə yeni turizm destinasiyası kimi təqdim olunacaq Qarabağa Pakistandan da turist səfərlərinin həyata keçiriləcəyinə inamını ifadə edib.  

Səfir Bilal Haye öz növbəsində ölkələrimiz arasında turizm əlaqələrinin inkişafı və qarşılıqlı səfərlərin artması məqsədilə əməkdaşlıq sazişi layihəsinin önəmini vurğulayıb və yaxın gələcəkdə imzalanması planlaşdırılan sazişin qarşılıqlı səfərlərin artmasında və təşviqində rol oynayacağına əminliyini bildirib.  

Görüş zamanı birbaşa aviareyslər, viza məsələləri, postpandemiya dövründə birgə tanıtım və təbliğat layihələrinin həyata keçirilməsi haqqında fikir mübadiləsi aparılıb.


     



08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri
 
04.02.2020
Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu
25.11.2019
Yevgeniya Qaşikulina
AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini
23.10.2019
Emin Hacıbalayev
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu
12.07.2019
Mojtaba Haşemzadeh
Mərkəzi Gömrük Hospitalın yüksək ixtisaslı bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment