1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibank Qarabağ Dirçəliş Fonduna dəstəyinə görə sertifikat alıb
09.09.2021

Unibank işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işlərinə dəstək verdiyi üçün Qarabağ Dirçəliş Fondu tərəfindən xüsusi sertifikata layiq görülüb. Fond rəhbərliyi tərəfindən Unibank KB ASC-nin Müşahidə Şürasının sədri Eldar Qəribova Qarabağ Dirçəliş Fondunun “İanə Sertifikatı” təqdim edilib. Təqdimat ötən gün Fondun Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvləri ilə görüşündə həyata keçirilib. Qeyd edək ki, Unibank tərəfindən “Qarabağ Dirçəliş Fondu”na 100.000 manat vəsait köçürülüb. 

Unibank öz dəstəyi ilə yanaşı, Fonda ianə etmək istəyən hər kəs üçün platforma da təqdim edib. İsər fiziki şəxslər, istərsə də sahibkarlar UBank mobil tətbiqinin “hökumət ödənişləri” bölümünə daxil olaraq, Qarabağ Dirçəliş Fonduna vəsait köçürə bilərlər. 

Unibank 29 ildən artıq fəaliyyəti dövründə həyata keçirdiyi çoxsaylı KSM layihələri ilə ölkə bank sektorunda hər zaman fərqlənib. Qarabağın yenidən qurulmasında iştirakla yanaşı, şəhid və qazi ailələri ilə bağlı sosial layihələrin həyata keçirilməsi də Bankın KSM fəaliyyəti istiqamətində prioritetləri siyahısındadır. Ötən ilin noyabrından Unibank şəhid Şahin Allahyarovun övladını 18 ildən artıq müddətə himayəyə götürüb. Bu ilin martında şəhid Tural Məmmədovun ailə üzvləri Bank tərəfindən yeni evlə təmin olunub. 

Unibank hazırda şəhid və qazi ailələri ilə bağlı dəstək layihələrini davam etdirir. Bank özünüməşğulluq layihəsi çərçivəsində şəhid və qazi ailələrinin şəxsi biznesinin yaradılmasına dəstək olur. Təkcə iyul-avqust aylarında 4 şəhid ailəsi və bir nəfər qazi Unibank tərəfindən heyvandarlıq paketi ilə təmin olunub. Bundan başqa bankın müxtəlif layihələri, eləcə də  “U CAN” layihəsi çərçivəsində davamlı olaraq şəhid və qazi ailələrinə baş çəkilir, onlara dəstək olunur. 

Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 29 illik mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.  

Unibank- Sənin Bankın!


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment