1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Atəşgah” dağçıları “Zəfər zirvəsi”nə yürüş edib
11.08.2021

Azərbaycan sığorta bazarının liderlərindən olan “Atəşgah” Sığorta Şirkəti 25 illik fəaliyyət dönəmində çoxsaylı tədbir və layihələrə öz imzasını atmışdır. Onlardan biri də yaxın günlərdə baş tutan “Zəfər zirvəsi” nə yürüş olub. 

“Zəfər zirvəsi”nə yürüş zamanı tədbir iştirakçıları Azərbaycan Respublikasının himnini səsləndirmiş, Vətən müharibəsi zamanı şəhid olanların əziz xatirəsini sükutla yad etmiş, üzərində “Bizim gücümüz birliyimizdədir. Yaşasın Azərbaycan!” şüarı qeyd olunan heykəlciyi zirvəyə bərkitmişdirlər. 

Xatırladaq ki, Qüdrətli Azərbaycan ordusunun 44 günlük uğurlu hərbi əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımızın azad edilməsi münasibətilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 3 dekabr tarixli sərəncamına əsasən 8 Noyabr Azərbaycan Respublikasında "Zəfər günü" kimi təsis olunmuşdur. Zəfər günü münasibətilə də Bazardüzü zirvəsində yerləşən adsız yüksəkliyə “Zəfər zirvəsi” adı verilmişdir. Zəfər zirvəsi Baş Qafqaz silsiləsində Azərbaycanın ikinci ən böyük zirvəsidir. 4301 m hündürlüyə malik bu zirvə Qusar rayonu ərazisində yerləşir.

“Atəşgahlılar” həmçinin ətraf-mühitin mühafizəsi prinsipini əsas tutaraq dağlıq ərazidə “trashtag” etmiş, ərazini məişət tullantılarından təmizləmişdir. Eləcə də, əməkdaşların səfərini həyata keçirən avtomobil “Atəşgah” SŞ tərəfindən sığorta olunmuşdur. 

Qeyd edək ki, yüksək etibarlılıq imicinə  malik olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment